adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Sentyabr 2019 12:59
10069
MƏMLƏKƏT

STİB məcburi köçkün qəsəbələrində təlimlər keçir

SosialTərəqqi İctimai Birliyi (STİB) Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-ninİnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi"Genderə - həssas DayanıqlıİnkişafMəqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin RolununArtırılması”layihəsi çərçivəsində Füzuli rayonunda "Qadınlara Gender Əsaslıİqtisadi Dəstək” layihəsinin I komponentinin icrasını davam etdirir.

2019-cu ilavqust ayından 17 məcburi köçkün qəsəbələrində (11 Qayıdış qəsəbəsi, 1 Finevləri qəsəbəsi və 5 Zobucuq qəsəbəsi) "Mühasibat uçotunun prinsipləri,İnvestisiya təhlili, Biznesin yaradılması və inkişafı”, "Məhdud Məsuliyyətli Cəmiyyətin yaradılması və risklərinidarə edilməsi” mövzusu əsasında təlimlərə başlanılıb və hazırdatədbirlər davam etdirilir.

Təlimlərdə Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin (KOB) Füzulirayon üzrə nümayəndəsi Hafiz Sadıqov da iştirak edib. Təlimlərdəiştirakçılara mühasibat uçotununaparılması, investisiya və biznes başlamasında əsas anlayışlar təqdim edilir vəbiznesə başlamaq üçün bütün hüquqi və texniki məlumatlar verilir.

Qadınlarasahibkarlıq və sahibkarlıq fəaliyyətinin qeydiyyat formaları, marketinqinəsasları və bazar araşdırmaları, məhsul növləri, qiymət və qiymətin müəyyənedilməsi, xərclərin hesablanması, biznes plan və onun hazırlanması mövzularınadair məlumatlar verilir.