adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Sentyabr 2016 15:14
6242
GÜNDƏM

“Space”in radiosu bağlanıb? - Açıqlama

"Space” radiosunun bağlanması haqqında yayılan informasiyalar yalandır.

Bunu açıqlamasında "Space"radiosunun baş redaktoru Əhməd Əsgər bildirib.

Onun sözlərinə görə, hazırda radonda profilaktikadır: "Borc məsələsinə gəlincə, təkcə bizim deyil, bütün televizya və radioların Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinə (Teleradio İB) borcu var. Bizdə hazırda profilaktikadır. Bəzi texnikalar, aparaturalar dəyişidirilir. Radonun bağlanmasından söhbət gedə bilməz. Həm necə ola bilər ki, televiziya açıq olsun və radio bağlansın. Bu gülməli məlumatdır”.

Qeyd edək ki, "Space 104 FM” radiosunun Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinə 12 min manat borcu olduğu üçün bağlanması haqqında xəbər yayılıb.