10 Aprel 2023 15:01
871
KRİMİNAL

Soyuq silahlar yığışdırılmalıdır

Heç kimə sirr deyil ki, bir çox cinayətlər soyuq silahlar nəticəsində baş verir. Xüsusən də, yeniyetmə və gənclər ciblərində bıçaq gəzdirir, bir-birilə mübahisə edəndə dava-dalaş zamanı ər-qol hərəkətindən çox bıçağa əl atırlar. Bu da sonda birinin qətlə yetirilməsi, digərinin isə həbsxanaya düşməsi ilə nəticələnir. Statistik rəqəmlər göstərir ki, baş verən cinayətlər arasında bıçaqdan istifadə edilməklə, yaranmış olaylar günbəgün artır. Ona görə də hüquq-mühafizə orqanları bu sahədə həmişə çox peşəkar təbirlər həyata keçirir və soyuq silahdan istifadə edən insanları aşkarlayır. Amma yaxşı olardı ki, soyuq silahlar gəzdirən adamlara qarşı mübarizə bir qədər də gücləndirilsin.

Xüsusən də metro stansiyalarına keçiddə yoxlama aparılarkən soyuq silah gəzdirən yeniyetmə və gənclərə diqqət yetirilməli, onlara ən azından xəbərdarlıq edilməlidir. Düzdür, qanunla soyq silah gəzdirmək cinayət deyil. Amma heç kim zəmanət verə bilməz ki, kimsə həmişə cibində gəzdirdiyi o bıçaqdan dava zamanı istifadə etməyəcək. Bir sözlə, bıçaq gəzdirən gənclərimizə qarşı həm profilaktik tədbirlər aparılmalı, həm də onlarla psixoloji söhbətlər edilməlidir. Bizcə, bunlar öz müsbət bəhrəsini verə bilər!

EMİL FAİQOĞLU