Söyüdlü kənd sakinlərinin tibbi müayinələrinin nəticələri AÇIQLANDI
“Söyüdlü kənd sakinləri arasında aparılan müayinələr onu göstərdi ki, orada yaşayanların sağlamlıq vəziyyəti qənaətbəxşdir”.
Adaletaz xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov jurnalistlərə açıqlamasında deyib.
Ərazidə olan insanların onkoloji xəstəliklər üzrə göstəricilərə gəlincə, o, söyləyib ki, Söyüdlü kəndində bu tip xəstəlikdən əziyyət çəkən sakinlər var: “Lakin xəstəlik üzrə nisbi rəqəm nəinki Gədəbəydən, eləcə də ölkə üzrə göstəricilərdən aşağıdır. Söyüdlü kəndində ağır metalların sağlam insanlara təsiri barədə heç nə tapılmadı. Bunu da onunla əlaqələndirmək olar ki, əhali istifadə etdiyi bulaqların sularında o dərəcə artıq göstəricilər yoxdur”.
Dağ-mədən sənayesinin insan sağlamlığına təsiri məsələsinə gəlincə, nazir müavini bildirib ki, bu iki qrupa bölünür: “Bunun zavodda işləyən əməkdaşların sağlamlığına təsiri ola bilər. Çünki onlar daha çox həmin metalların kimyəvi təsirlərinə məruz qalır. İşçilərin vaxtaşırı tibbi müayinəsi təşkil olunur. Onların son dəfə müayinəsi 2019-cu ildə aparılıb. Hesabatda həmin əməkdaşların növbəti müayinəsinin lazım olduğunu qeyd etmişik. Yəni, azı ildə bir dəfə həmin müayinələr təşkil olunmalıdır. Kimyəvi maddələrin ətraf mühitə vurduğu ziyan ikinci qrupa aiddir. Bu da normalardan çox olmayıb”.
Digər Xəbərlər
04 Iyul 2026 11:34
Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən çağırış
04 Iyul 2026 11:27
“Bu, seperatçı şəxslərə münasibətdə hüquqi prinsiplərə üstünlük verdiyini nümayiş etdirir...”
04 Iyul 2026 09:42
Bazarlarda 11-12 manata quzu əti... - VİDEO
03 Iyul 2026 17:43
Bakıda bu marşrutların hərəkət istiqaməti dəyişdirilir
03 Iyul 2026 16:58
Azərbaycan ilə Şimali Kipr arasında səhiyyə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
03 Iyul 2026 16:37
Baş prokuror Xətaidə vətəndaşları qəbul etdi
03 Iyul 2026 14:00
Azərbaycan və BMT şəhər mobilliyi sahəsində əməkdaşlığı müzakirə edib
03 Iyul 2026 10:36


Bakı -°C

