“SOCAR Tower” mükafatlandırılıb
SOCAR-ın yeni inzibati binası – "SOCAR Tower” layihəsi bu il 50-ci ildönümünü qeyd edən Amerika Mühəndislik Şirkətləri Şurası tərəfindən Yüksək Mühəndislik Mükafatlandırması müsabiqəsində "Milli Xüsusi Mükafat”a (National Recognition Award) layiq görülüb.
SOCAR-dan Adalet.az-a verilən məlumata görə, bu, mühəndislik işində müstəsna nailiyyət əldə olunmasını nümayiş etdirən nüfuzlu mükafatlardandır.
Qeyd edək ki, mükafatın rəsmi təqdimetmə mərasimi 2017-ci il aprelin 25-də Vaşinqtonda "Washington Marriott Wardman Park” otelində keçiriləcək. "SOCAR Tower” layihəsi üzrə məsul şəxslər və layihənin mühəndislik işlərini həyata keçirən şirkət Amerika Mühəndislik Şirkətləri Şurası tərəfindən həmin mərasimə dəvət olunmuşlar. Yüksək Mühəndislik Mükafatlandırması müsabiqəsinin 50-ci yubiley tədbirində "SOCAR Tower” layihəsi digər bütün qaliblərlə birlikdə təltif ediləcək.
Xatırladaq ki, "SOCAR Tower” Koreyanın "Heerim Architects & Planners Co. Ltd” şirkəti tərəfindən təqdim olunan "Külək-alov” konsepsiyası əsasında tikilib. Tikinti işlərinə 2010-cu ildə başlanılıb, təxminən beş il ərzində paytaxtın ən gözəl memarlıq nümunələrindən biri ərsəyə gəlib. "SOCAR Tower” beynəlxalq standartlara tam cavab verir, binanın təhlükəsizlik və texniki sistemlərinin idarə edilməsi vahid mərkəzdən həyata keçirilir.
Digər Xəbərlər
02 May 2024 10:13
İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq
02 May 2024 09:03Şimal-qərb küləyi sabah axşamadək fasilələrlə davam edəcək - FAKTİKİ HAVA
01 May 2024 09:46Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44