adalet.az header logo
  • Bakı -°C
11 Aprel 2025 00:00
1475
DÜNYA
A- A+

Slovakiyanın Baş naziri yenidən əməliyyat olunacaq

Slovakiya Respublikasının Baş naziri Robert Fitso 2024-cü ilin yazında sui-qəsd cəhdindən sonra bir neçə əməliyyat keçirməli olacaq.

Adalet.az-ın məlumtına görə, bu barədə “Dennik N” portalı hökumət başçısının bəyanatına istinadən xəbər verir.

“Sui-qəsd cəhdinə görə hələ də bəzi əməliyyatlar keçirməliyəm”, - o qeyd edib.

Xatırladaq ki, Fitsoya qarşı sui-qəsd ötən ilin mayında Slovakiyada baş verib. Yazıçı Yuray Tsintula baş nazirə atəş açıb. Ağır yaralanan Fitso bir neçə dəfə əməliyyat olunub.