adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Oktyabr 2019 10:50
56117
GÜNDƏM

Sizi saya alan oldu?! - Əzizə İsmayılova yazır

Hamı bilir, oktyabrın 1-dən 10-a kimi əhalinin siyahıyaalınmasıkeçirildi və bitdi.

Deyirlər, prosesdə iştirak üçün 43 min insanın cəlb olunub,filan qədər büdcədən pul ayrılıb. Dövlətin vahid statistik metodologiyasıəsasında həyata keçirilən bu prosesin 28 bənddən ibarət sorğu vərəqələrində 46sual üzrə 280-ə yaxın göstərici yer alıbmış ki, bu da cəmiyyətdəki vəziyyəthaqqında, onun iqtisadiyyatı, sosial sahəsi, mənəvi dəyərləri və sair barədəmühakimə yürütməyə imkan verəcəkmiş... - belətəsviri- izah vermişdilər.

İndi proses yekunlaşıb. Bu günə-sabaha Statistika Komitəmizyəqin ki, nəticələri elan edəcək.

Proses başlamamışdan Baş Nazirin müavini, komissiyanın sədri ƏliHəsənov demişdi ki, "Siyahıyaalma, ölkənin həyatında mühüm bir tədbirdirvə onun müvəffəqiyyətlə keçirilməsində bu prosesdə iştirak edən hər bir şəxsinüzərinə böyük məsuliyyət düşür."

Demək istəyirəm ki, şansımız o qədər rəvandır ki, nə o 43 min"böyük məsuliyyət" daşıyan adamdan birinin yolu biz tərəfə düşdü, nədə o sualların nə olduğunu görə bildik. Ölkənin həyatında baş verən belə birmühüm tədbir, bizdən və ətrafımda olan nə qədər adamdan yan keçdi.

Bizim iqtisad-sosial durumumuz haqda məlumat verməyi yəqinməsləhət bilməyiblər sayanlar. Sağ olsunlar. Eləcə burdan deyim ki, heç olmasa ümuminəticəni ortaya qoyacaq quruma#xəbəredinki, yekun rəqəmin üstünə 30 nəfər (uşaqlı, nəvəli, nəticəli) bizim ailəni dəgəlsin. Say olaraq gəlsə bəsimizdi, durumumuz özümüzə qalsın...

Onsuz heç əvvəlki 10 illikdə də bizi saya alan olmamışdı,növbəti 10 illiyə allah bilir, kim ölə, kim qala...

Sizi saya alan oldu?

**

AÇIQLAMA gəldi.


Yəni, hər uğursuzluğun sonunda milləti borclu çıxarmaq kimi bir məziyyətimizvar axı.

Siyahıyaalınma ilə bağlı səhərdən hamı yazır. Məlum olur ki, 100nəfərdən 1-ni belə sayan olmayıb. İndi açıqlama'ya baxın.

"Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin rəhbəriElməddin Quliyev Modern.az-a qeyd etdiyimiz məsələylə bağlı məlumat verib:

"Bildiyiniz kimi, artıq ötən gün 1-10 oktyabr tarixlərindəölkəmizdə keçirilən əhalinin növbəti siyahıyaalınması başa çatıb. Yerlərdənbizə verilən məlumatlara görə, ölkə əhalisi siyahıyaalma prosesində fəaliştirak edib. Lakin sosial şəbəkələrdə yazılanlara gəlincə, dünya təcrübəsindəolduğu kimi, ölkəmizdə də bəzi hallarda siyahıyaalmanı bilavasitə həyatakeçirən sayıcıların vətəndaşların ünvanlarına getməsinə baxmayaraq, evtəsərrüfatının başçısı və ya üzvləri ilə görüşə bilməyiblər. Belə olan haldasayıcılar tərəfindən həmin şəxslər üçün "Evdə çətin tapılan şəxslərə məktub”adlı sənəd tərtib edilib və ev təsərrüfatının yaşadığı ünvan üzrə girişqapısına bərkidilib."

Əlinizi ürəyinizə qoyun - hansınızın qapısına məktub qoyublar?

Hörmətlilər, sayınıza da deyilik, öz işinizdir. Bildiyimizşeydir, barışdıq zatən. Amma boynumuza minnət yükləməyin. Bizim ev heç vaxt boşolmur. Anam, gəlinlər, uşaqlar...

Özüm ayrı və tək qalıram. Nə məni, nə qonşularımızı arayıbaxtaran olub, nə də qapıya məktub qoyan. İşdəkilər də eyni cür. Kim qoyub,harfa qoyub, necə qoyub o məktubu ki, kimsə görməyib?

Bunu necə deyə bilirsiniz, necə bacarırsınız axı?

Hörmətli məsuliyyətlilər, o məktublar da yetişmədi...


                                                  Əzizə İsmayılova


p.s. Əzizə xanım, narahat olmayın, heçbizi də saya alan olmadı!