Siyavuş Novruzov Aşura günü anma mərasimi keçirmək istəyənlərə səsləndi
Azərbaycanda din qanunlarla tənzimlənir. Ölkədə tolerantlıq var, bütün dinlərə eyni münasibətlə yanaşılır.
Adalet.az-ın məlumatına görə, bunu jurnalistlərə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
O qeyd edib ki, qanunla qeydiyyatdan keçən bütün dini icmalar üçün şərait yaradılıb.
Millət vəkilinin sözlərinə görə, bu gün dünyanın hər yerində Azərbaycanda dinlə dövlətin birgə fəaliyyəti nümunə kimi göstərilir.
S.Novruzov əlavə edib ki, Aşura günündə insanların özünü döyməsi, xəsarət yetirməsi, baş yarması qadağan olunur:
"Aşura günü anma mərasimi keçirmək istəyənlər bunu İslama uyğun şəkildə keçirə bilərlər".
Digər Xəbərlər
05 May 2024 19:47
"Azərbaycan COP29 tədbirləri zamanı ölkələri atəşkəs bağlamağa dəvət edə bilər”
04 May 2024 22:54İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 20:26Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 14:08İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM
03 May 2024 20:04