adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Iyul 2017 12:17
8470
SİYASƏT

Siyasi münasibətlərin yeni uğuru

İyulun 21-də Rusiya Federasiyasına işgüzar səfəriçərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev RusiyaPrezidenti Vladimir Putinlə görüşüb.

GörüşdəAzərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti vəinkişaf perspektivi, habelə regional və beynəlxalq məsələləri genişmüzakirəedilib.

Görüşdə Azərbaycanla Rusiya arasında stratejitərəfdaşlıq əlaqələrinin mövcudluğu bir daha təsdiqlənib, ikitərəfli vəçoxtərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurlainkişaf etdiyini vurğulanıb.

Dövlət başçıları strateji tərəfdaşlığın daha dadərinləşdirlməsi istiqamətində görülməsi zəruri olan işlər, yeni yollarınmüəyyən edilməsi istiqamətində geniş fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, Rusiya ilə Azərbaycan arasındastrateji tərəfdaşlıq münasibətlərinin inkişafı erməni lobbisini, onun təsirialtında olan bəzi qüvvələri (o cümlədən Rusiyada dövlət orqanlarına soxulmuş vəanti-Azərbaycan fəaliyyəti göstərən şəxsləri) və beynəlxalq dairələri narahatedir və bu münasibətlərə xələl gətirilməsinə cəhdlər göstərilir. Ancaqmünasibətlərin xarakteri, dərinliyi və inkişaf perspektivi, habelə dövlətbaşçıları arasında mövcud olan qarşılıqlı etimad və dostluq belə cəhdlərin baştutmayacağını və iflasa uğrayacağını şərtləndirən mühüm amillərdir.

Bildirilib ki, ikitərəfli münasibətlərəkənardan müdaxilə cəhdləri bu günə kimi baş tutmamış və qarşıdan gələn dövrdəhə heç bir nəticə verməyəcək.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsinin həlli, bunun üçün yolların tapılması çox geniş müzakirə olunmuş,mövcud status-kvonun bundan sonra davam edə bilməyəcəyi xüsusi vurğulanıb.

Hər iki dövlət başçısı Rusiya-Azərbaycandostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişafedəcəyinə əminliklərini bildirib və bunun üçün zəruri tədbirlərin görüləcəyinidiqqətə çatdırıblar.

Soçi görüşünü şərh edən millət vəkili FazilMustafa deyir ki, bu görüş Azərbaycan ilə Rusiya arasındaikitərəfli münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət daşıyır.F.Mustafa bildirib ki, Azərbaycan ilə Rusiya bir sıra problemlərin, xüsusiləDağlıq Qarabağ münaqişəsinin həllini birlikdə axtarmalıdır: "Rusiyatərəfindən müəyyən addımların yumşaldılması, ermənilərə dəstəyin azaldılmasıistiqamətində danışıqların aparılması vacibdir. Digər tərəfdən sərhədyaniproblemlər gündəmə gəlib, ermənilərin uşaq ölümləri ilə bağlı atdığı addımlarproblemlər yaradır. Bunlar hamısı üst-üstə gələndə ciddi narahatçılıq yaradanamillər ortaya çıxır. Bu baxımdan Azərbaycanla Rusiya arasında söhbət aparıb buməsələlərin həllini tapmaq hər kəsin marağındadır. Ona görə də Soçi görüşünfaydalı olduğunu düşünürəm, yəqin ki, müsbət nəticələri olacaq".Deputat əlavə edib ki, Rusiyada yaşanazərbaycanlıların da problemi var, turizm problemləri və digər məsələlər var:"Bu məsələlərin həlli baxımdan bu görüşlər çox faydalıdır".

RusiyaDövlət Dumasının deputatı, Azərbaycan-Rusiya parlamentlərarası Dostluq qrupununrəhbəri Dmitri Savelyev görüş barəsində bunları deyib: "Aramızı vurmaq cəhdlərinəbaxmayaraq, Rusiya və Azərbaycan prezidentlərinin Soçi görüşü iki ölkə arasındadostluq münasibətlərinin ancaq inkişaf edəcəyinin daha bir əyani sübutudur”.D. Savelyev deyib ki, prezidentlərimizi və xalqlarımızı zamanın sınağındançıxmış dostluq münasibətləri bağlayır: "Biz hər zaman dost üçün dost vəstrateji tərəfdaş olacağıq. Şübhəsiz ki, bizim aramızda olan möhkəm, qarşılıqlıhörmətə əsaslanan ölkələrimiz arasındakı əlaqələrin dəstəklənməsi kiməsə sərfetmir. Onlar hər yolla Rusiya və Azərbaycanı bir-birinin qarşısında və eləcə dədünya ictimaiyyəti qarşısında qaralamağa cəhd edirlər. Lakin sonda həqiqət hərzaman ortalığa çıxır. Rusiya və Azərbaycan mətbuat, turistlər, biznes vəbeynəlxalq müşahidəçilər üçün açıqdır. Bütün məsələlər rəhbərlərimiz arasındaiş rejimində müzakirə olunur. Əsas açar rolunu oynayan qərarlar ardıcıl həyatakeçirilir, Rusiya və Azərbaycan arasındakı münasibətlərin bütün sahələrdəkiinkişafına keyfiyyətli və müsbət təsir göstərir. Bundan sonrakı əməkdaşlığımızda bu şəkildə inşa olunacaq".

Beynəlxalq məsələlər üzrə ekspertİlqar Vəlizadə isə görüşü belə dəyərləndirib: "Azərbaycan və Rusiya dövlətbaşçılarının Soçi görüşü göstərdi ki, prezidentlər arasında münasibətlər oqədər səmimidir ki, onlara müəyyən məsələləri həll etmək üçün xüsusi protokollazım olmur. Rusiyanın dövlət başçısına Azərbaycan prezidentinin xahişi kifayətedir ki, onlar Soçiyə gəlib mühüm məsələləri sərbəst şəkildə çözsünlər. Təbiiki, bu, böyük göstəricidir". Son aylar Azərbaycanla Rusiya arasındaikitərəfli münasibətlərdə müəyyən müəmmalı məsələlərin ortaya çıxdığını deyənekspert söyləyib ki, Soçi görüşü ermənilərin Azərbaycan-Rusiya münasibətlərininkorlanması üçün göstərdikləri bütün səyləri heçə endirib, siləbilər:"Hətta prezidentlərin görüşündə də qeyd edilib ki, Rusiya iləAzərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı bəziregional qüvvələri, yəni Ermənistanı və beynəlxalq dairələri narahat edir və bumünasibətlərə xələl gətirilməsinə cəhdlər göstərilir. Ancaq münasibətlərinxarakteri kənardan belə müdaxilə cəhdlərinin baş tutmasına imkan verməyib. Çoxmaraqlı vəziyyət yaranır. Adətən Rusiya-Ermənistan birgə hərbi qruplaşması iləbağlı bəyanatları nədənsə yalnız erməni tərəfi verir və ya yalnız öz xeyrinəşərh edir. Onlar da bunu elə təqdim edirlər ki, guya bu qruplaşma məhzAzərbaycana qarşı yaradılıb. Amma Rusiya tərəfindən heç bir rəsmi şərh və yareaksiya yoxdur. "İskəndər" raketlərinin Ermənistana verilməsi iləbağlı şərhləri də yalnız Ermənistan tərəfi verib, Rusiya tərəfdən heç biraçıqlama olmayıb. Ona görə də raketlərin hansı şərtlərlə, hansı məqsədlər üçünverildiyi müəmmalıdır. Bəli, Ermənistan çalışır ki, Rusiya-Azərbaycanmünasibətləri korlansın".

İ. Vəlizadənin sözlərinə görə,buna səbəb son illər bu münasibətlərin səviyyəsinin çox yüksəlməsi və onunintensiv dinamikaya malik olmasıdır: "Təkcə onu demək yetər ki, RusiyaAzərbaycanın 1 nömrəli ticarət tərəfdaşı, ölkəmizdə qeyri-neft sektoruna sərmayəqoyan 3 ölkədən biridir. Bundan başqa, turizm sektorunda əlaqələrdə irəliləyişmüşahidə edilir. Bunun nəticəsidir ki, Rusiyadan Azərbaycana gələn turistlərinsayında çox böyük artım var. Həmçinin, "Şimal-Cənub" nəqliyyatdəhlizi reallaşmaq üzrədir. Bununla bağlı bir neçə gün əvvəl iki ölkənin dəmiryol idarələrinin rəhbərləri görüşərək konkret məsələləri müzakirə ediblər.Təbii ki, bütün bunlar Ermənistan tərəfində narahatlıq doğurur. RusiyanınAzərbaycanla münasibətləri dərinləşdikcə Ermənistana maraq azalır. Rusiyasərmayələri Ermənistana yox, Azərbaycana axır. Düzdür, bütün bunlarla yanaşı,son vaxtlar bir qədər gərginlik, təşkilatlar, məmurlar arasında münasibətlərdəmüəmma hiss olunurdu. Məhz bu səbəbdən də Prezidentlər Soçidə görüşməkləsözügedən məsələlərə aydınlıq gətirib, onlarla bağlı qərar qəbul etdilər".

Ədil Ədilzadə