adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Iyun 2022 14:53
822
MARAQLI

SİLAHLI MÜƏLLİMLƏR…

Zaman ötdükcə insanların qanunları yeniləməyə ehtiyacları da dəyişir. Müasir dünyanın supergücü olan Amerika Birləşmiş Ştatları isə hər zaman öz heyrətamiz yenilikləri ilə dünyanı öz maraq dairəsində saxlamağı bacarır. Bu dəfə də belədir. Beləki. AmerikanınOhayo ştatında Qubernator Mayk DeVayn tərəfindən imzalanan yeni qanuna əsasən, ştatın məktəblərində çalışan müəllimlər və işçilər 24 saatlıq təlimi başa vurduqdan sonra payızda başlayacaq yeni dərs ilində icazə vəsiqəsi olmadan sinif otaqlarında üzərilərində silah gəzdirə biləcəklər.

Amerika mətbuatında bu barədə məlumatlar yer alıb.’’Silahlı müəllim hazırlığı qanuna’’əsasən təlim saatlarının sayı yetərincə azaldılacaq. Beləliklə müəllimlər, məktəb işçiləri, həmçinin məktəbdə çalışan qapıçılar və sürücülər də il ərzində 8 saat silahlı təlimlər keçəcəklər.

Bu qanun hələki Ohayo ştatına şamil olunur. Bu ştatda 200 —ə qədər məktəb mövcuddur. Bu qanunun reallaşmasında əsas məqsəd təlim keçmiş bütün məktəb işçilərinin davamlı olaraq hər il cinayət keçmişinin yoxlanılmasıdır. Bir sözlə yenə də Amerika öz qəribə yenilikləri ilə dünyada böyük təəccübə səbəb olmağı bacardı. Lakin nə olur olsun, bir müəllimin silahı onun elmi bacarığıdır. Elm isə dünyada ən güclü silahdır.

HAZIRLADI :BÜNYAMİN BÜNYADZADƏ