adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Aprel 2018 14:40
12996
MƏDƏNİYYƏT

Şuşa Teatrında premyera olacaq

Aprelin 13-də Teatr Xadimləri İttifaqının səhnəsində Şuşa Dövlət Musiqili Dram Teatrının "Aktyor əbədiyyətə qovuşanda” tamaşasının premyerası olacaq.

Teatrdan verilən xəbərə görə, psixoloji dram janrında hazırlanan birhissəli tamaşa xorvat yazıçısı və dramaturqu Miro Qavranın əsəri əsasındadır. Pyesi Azərbaycan dilinə Svetlana Həkimova çevirib.

Tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nazir Rüstəmovdur. Səhnə əsərində Nazir Rüstəmov və Bahar Abdullayeva çıxış edəcəklər.