Şuranın dəstəklədiyi “Hər şey vətən üçün!” yekunlaşıb
"Kəndlərin İnkişafı” Uşaq və Gənclər İctimai Birliyi "Hər şey vətən üçün!” Yeniyetmələr arasında vətənpərvərlik ruhunun yüksəldilməsi layihəsi çərçivəsində yekun tədbirini keçirib.
Tədbirdə qeyd edilib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə icra olunur. Layihənin icrasında əsas məqsədin hərbi xidmətə gedəcək gənclərimizin hərbi vətənpərvərlik ruhunun yüksədilməsi olduğunu bildirən layihə rəhbəri yeniyetmələrə dövlətimizin qəhrəmanlıq tarixinin öyrənilməsinin vacibliyindən danışıb.
Layihənin eksperti gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsinin əhəmiyyətindən, Aprel döyüşlərində əsgərləmizin qəhrəmanlıqlarından danışıb. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun tarixindən və bu tarixi yaradan Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Heydər Əlirza oğlu Əliyev haqqında məlumat verib.
Tədbir iştirakçılarına sertifikatlar təqdim edilib, bukletlər və dəftərxana ləvazimatları paylanılıb.
Digər Xəbərlər
05 May 2024 17:29
Bakıda güclü külək əsəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
02 May 2024 17:40Norveçli səyahətçilər Ağdamda olublar - YENİLƏNİB
02 May 2024 13:40Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlandı
02 May 2024 10:13İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq
02 May 2024 09:03