adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
10 Aprel 2017 11:47
3931
MƏMLƏKƏT

Şura “Narkomaniya ilə mübarizədə gənc nəslin birgə fəaliyyətinin təşkili”ni dəstəkləyir

Kəndlərin İnkişafı” Uşaq və Gənclər İctimai Birliyi "Narkomaniya ilə mübarizədə gənc nəslin birgə fəaliyyətinin təşkili” layihəsinin icrasına start verib.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur.

Adalet.az-a verilən məlumata görə, layihənin məqsədi yeniyetmə və gənclərin əsrin dəhşətli bəlası olan narkomaniya haqqında, bu bəlanın yaratdığı xəstəliklər və fəsadlar haqqında məlumatlandırılmasıdır.
Quba rayonunda 3 ay müddətində icra olunacaq layihə çərçivəsində tədbir iştirakçılarına dəftərxana ləvazimatları hədiyyə ediləcək və yeniyetmələr arasında maarifləndirici bukletlər paylanılacaq.