adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Iyun 2020 10:00
22569
DÜNYA

"ŞOTLANDİYANIN AFRİKALI KRALI": İDİ AMİN

`Uqanda qəssabı` kimitanınan İdi Amin Dada müstəmləkəçilik dövründən sonra Afrikanın üzərinə çökəndiktatorlar zəncirinin bəlkə də ən qaniçəni idi. Və əlbəttə ki, ən qəribəsi.1971-ci ildə çevriliş nəticəsindən ələ keçirdiyi ölkəsinin sükanını 8 il əlindəsaxladı. Lazım olmayan yerdə qaza basdı, ya da əyləcə. Ağla gəlməz sürrealist şəkiləbənzəyən hakimiyyəti 1979-cu ildə uqandalı millətçilər tərəfindən devrildi.Sürgünə qaçdı, arxasında 300-400 min aralığında qurban siyahısı buraxdı.

Bu gün Uqanda respublikası kimi tanınan ölkə ingilis imperatorluğunun birparçası idi. Amin orada yaşayan müsəlman Kakva qəbiləsinə mənsub idi. Atasızböyümüşdü. Təhsili ilə bağlı elə bir məlumat yoxdur. Sonradan etdiyi əməlləryaxşı bir təhsil almadığına işarə verir. Uşaq kimi ən çox diqqətçəkən tərəfiyaxşı formalaşmış bədəni və gücü idi. Bu özəllliyi ona müstəmələkə uşaqlarıbaxımından qurtuluş və qısa yolla həyata başlamaq imkanı verən ordununqapılarını açacaqdı. Amin ingilis imperatorluğunun afrikadakı müstəmləkələrindəfəaliyyət göstərən Kings African Rifles(KAR, Afrika Kral Tüfəng Birliyi)aqatıldı. Kral tərəfdarı olanda 1946-cı il idi. Birma, Somali, Keniya və Uqandada imperatorluq üçün döyüşdü. Hər nə qədər hərbiçi kimi bacarıqlı və karyerasevdalısı kimi tanınsa da Aminə ən çox şöhrət qazandıran sorğu-sual zamanı göstərdiyiqəddar üzü idi. Radikal və sərhədsiz güc tətbiqi ilə həyatdakı əsas faktorungüc olduğuna inanırdı.

Sürətlə yüksəlməyə başladı. Ən axırda qara bir afrikalının ingilis ordusundayüksələ biləcəyi ən yüksək nöqtəyə- `ağalığ`a gəlmişdi.

Vurduğunuyerə yıxan boksçu idi

Aminin üzərinə diqqət çəkəndigər bir xüsusiyyəti isə uğurlu bir idmançı olmağı idi. Daha doğrusu vurduğuyerdən səs çıxaran bir boksçu olması idi. Şəxsiyyətinə ən uyğun gələn idman sahəsində1951-60-cı illər arasında yüngül çəkidə çempionluq kəmərini belinə bağlamağıbacarmışdı. Lakin Amini tarixə keçirəcək ünsür ingilis imperatorluğunundağılmağa başlaması idi...

Uqanda ingilis müstəmləkələri kimi 1962-ci ildə müstəqilliyinə qovuşarkən İdiAminin yaxın dostu və Uqanda Xalq Konqresinin lideri Apolo Milton Obote başnazir oldu. Obete də KAR-dakı ən yüksək rütbəli bir neçə qara dərili zabitdənbiri olan Amini də vəzifəyə gətirdi. Ölkənin şimalındakı heyvan oğurluğunaqarşı qanlı mücadilədə elə amansız oldu ki, ingilis höküməti belə Aminin həbsolunmasını tələb etdi. Lakin Obote bu tələblərə rəğmən yaxın dostunu daha yaxşıhərbi təhsil almaq üçün İngiltərəyə göndərərək cavab verəcəkdi.

Ikidost ölkəni yağmalayır

Uqandaya 1964-cü ildəqayıdan Amin öncə minbaşı, ardınca isə polkovnik oldu. Bir il sonra Amin vəObote ölkəni və ordunu idarə etməyi bir kənara buraxıb ticarətə girişdilər.Plana görə cütlük Konqodan qızıl, qəhvə və fildişi qaçırılmasını təşkil edəcəkdi.Burada əldə edilən pul Konqonunun MKİ tərəfindən öldürülən baş naziri ParticeLumumbaya sadiq qalan qüvvələrə veriləcəkdi. Amma pul ünvanına heç vaxt çatdırılmadı.Baş nazir və ordunun rəhbərlərindən olan Amin pulları mənimsəyirdi. Uqandanınilk prezidenti Edvard Mutebi Mutesa vəziyyətdən narahat olaraq parlamentinaraşdırma açmasını istədi. Küncə sıxılan Obote hücuma keçdi. Amini baş qərərgahrəisi etdi. 1962-ci ildə konstitutsiyadan kənara çıxaraq Amin vasitəsilə beşnaziri həbs etdirdi. Iki yaxın dost rəsmən ölkəni qəsb etmişdi. Obote özünüdövlət başçısı elan etmiş, Freddie isə İngiltərəyə sürgünə göndərilmişdi.Aminin rəhbərliyi ilə ordu hökümət sarayını tutarkən 1966-cı il idi. Potensialtəhlükə, nəzarətsiz bir güc olaraq böyüməyə davam edirdi.

Adlardanad bəyən

Amin ordu içərisindəkinüfuzunu gücləndirməyə başladı. Bunu etmək üçün qaçaqmalçılıqdan və Sudanın cənubundakıüsyançılara satdığı silahların pulundan istifadə edirdi. Ölkənin baş qərərgah rəisimafiya başçısı kimi hərəkət edirdi. Həmin günlərdə ölkəsindəki ingilis vəİsrail agentləriylə əlaqə qurmuşdu. Obote nəzarətdən çıxan dostunu ev həbsinəsaldırdı. Amma bunun da xeyri olmadı. Obote çarəni dostunu orduda nüfuzsuz vəziyyətəsalmaqda gördü. Lakin ox yaydan çıxmışdı...
25 yanvar 1971-ci ildə Obote Sinqapurdakı bir Commonvealth toplantısına gedəndəAmin səhnəyə çıxdı. Bir qiyamla hökümətə nəzarəti ələ keçirdi və özünü dövlətbaşçısı elan etdi. Aminin özünə verdirdiyi adlar isə rejimin terroru ilə təzadtəşkil edəcək qədər komik idi: "cənab, ömür boyu dövlət başçısı, Əl Hacı Doktorİdi Amin, yer üzünün bütün canlılarının və dənizlərdəki balıqların əfəndisi,Afrikada, xüsusilə Uqanda da ingilis imperatorluğunun fatehi”

Aminingizli üzü ortaya çıxır

Idi Amin ilk mərhələdə həm ölkəsində, həm də digər dövlətlər tərəfindən istiqarşılandı. Belə ki, rejimi ilk tanıyan keçmiş sahibləri ingilislər olmuşdu. Həmingünlərdə ilk dövlət başçısı olan Freddie sürgündə öləndə Amin xarizmasını gücləndirməküçün fürsətdən yararlanmış, kralın nəşini dövlət mərasimiylə dəfn olunması üçünUqandaya gətirtmişdi. Bununla kifayətlənməyən Amin siyasi məhbusları azadetdiyi kimi Uqanda məxfi polisini də ləğv etdi. Amma bunlar sadəcə makyaj idi.Çünki eyni günlərdə Aminin gizli yaratdığı ölüm dəstələri Obote tərəfdarlarınıovlamağa başlamışdı. Buna baxmayaraq Obotenin vaz keçmək niyyəti yox idi. Orduiçində öz qəbiləsinə məxsus zabitlər vasitəsilə hakimiyyəti ələ keçirməyə çalışsada Amin daha professional qiyamçı idi. Buna cəhd edənləri kəlləsindən etdiyikimi həmin qəbilələrin Tanzaniyadakı əlaqə nöqtələrini də bombalatdı. Orduetnik toqquşmaların məngəsinə düşmüş, bu gərginlik xalqa da sirayət etmişdi.Amin getdikcə daha da paroniyak olurdu. Bu müddətdə paytaxt Kampaladakı TheNile Mansions Hotel Aminin işgəncə və sorğu mərkəzi kimi məşhurlaşacaqdı.Uqanda diktatoru suiqəsd qorxusuna görə tez-tez yerini dəyişdirirdi. `DövlətAraşdırma Bürosu` adını almış ölüm dəstələri isə Amin müxaliflərini aradangötütür, işgəncəyə məruz qoyur və çoxunu da şikəst edirdi. Ölkədə Anqlikan kilsəsibaş yepiskopu, Uqanda bankı rəhbəri və bir çox nazir birbaşa Aminin adamları vəözü tərəfindən öldürüləcəkdi.

İrqçiliyiiqtisadiyyatı çökdürdü

Diktatorların çoxu kimiAmin də `doğuşdan iqtisadiyyatçı` idi. 1972-ci ildə `İqtisadiyyatı əllərindəsaxlayıb uqandalıları kasıb etmək` iddiasıyla Uqandadakı asiyalı əhaliyə qarşıiqtisadi müharibəyə başladı. Bu eyni zamanda İngiltərəyə də meydan oxumaq idi.Çünki asiyalılar ingilislər tərəfindən ölkəyə gətirilmişdi. Onlar zamanla ticarət və ictimai sektorda önəmli biryer tutmuşdular. Amin ingilis pasportu daşıyan, eyni zamanda uqandalı olan 70min nəfərlik bu asiyalı qrupun üç ay ərzində ölkəni tərk etməsini əmr etdi. Tərketdilər. Geridə buraxdıqları Amin tərəfdarlarına paylanıldı. Anti-demokratrejimlərin hakim olduğu başqa ölkələrdəki kimi həyata keçirilən sərmayətransferi bu Afrika diyarında da bir işə yaramadı. Naşı əllərə düşəniqtisadiyyat və ictimai xidmət yerdə sürünməyə başladı. Idi Amin 1972-ci ildəminlərlə hindli və pakistanlını deportasiya etməsinin səbəbini `Qəlb gözüyləAllahı gördüm. Mənə Uqandanı xilas etmək istəyirsənsə bütün xariciləri ölkəndənçıxart dedi` sözləriylə izah etdi...

Amin İngiltərəylə körpüləri yandırdı və ingilislərə aid bir sənaye obyektinimilliləşdirdi. Ölkəsindəki israilli hərbi mütəxəssisləri də deportasiya etdikdənsonra üzünü Liviya lideri Muammer Qəddafiyə və SSRİ-yə çevirdi.

Aminin bir əli Fələstin Azadlıq Təşkilatının üzərində idi. Israillilərinboşaltdığı binanı fələstinlilərə vermişdi. Belə ki, fələstinli döyüşçülərin1976-cı ildə qaçırdığı israillilərlə dolu olan Air France təyyarəsini Uqandayaendirməsində barmağı olduğuna inanılırdı. Fələstinlilər Entebbe hava limanındanisraillilərlə bazarlıq edərkən israilli xüsusi dəstələrin bir hücumuyla sərnişinlərazad edilmiş, Uqanda hava qüvvələrinə aid təyyarələr də məhv edilmişdi. Aminindiktatorluğu ancaq və ancaq xalqını əzməyə yetmiş, başqa diktatorluqlardaolduğu kimi həqiqi bir güclə qarşılaşanda xarizması çox pis pozulmuşdu.

Devirəni devirərlər

Bütün bunlara baxmayaraq Aminin`məzlum ədəbiyyatı` xüsusilə afrika xalqlarıarasında populyarlığını artırmışdı. Dəmir yumruq siyasətini sürətləndirərkənuqandalı diktatorun paroniyaklığı daha da artırdı. Məşhur dərgilər tez-tezAminin adamyeyənlik etdiyini, düşmənlərini yediyini iddia etsə də bununla bağlıhər hansı dəlilə rast gəlinməmişdir. Bununla belə həkimlər Aminin duyğusal hərəkətlərvə məntiqsiz davranışları nəticəsində `hypomania` xəstəliyə tutulmasınıdeyirdilər. Fiziki görünüşlə də qürur duyan diktatorun ən çox sevdiyi cümlə isəbu idi: "dünyadakı ən gözəl üzə sahibəm. Anam və digər bütün qadınlar belədeyir!” hər səfər daha da artığını söyləyirdi. Etdiyi biabırçılıqlar dünyamediasında özünə tez-tez yer tapırdı. Dövlətlərarası dəstəyi azalmağabaşlamışdı. Ölkədə olub-bitəndən xəbəri olan Amerika 1978-ci ilə kimi buradan qəhvəalmağa davam edirdi. Zatən soyuq müharibə dövründə SSRİ-yə qarşı çıxan bütün diktatorlarışokoladla bəsləyən ABŞ-ın Uqandadakı adamına verdiyi dəstək tək bununlabitmirdi.

Aminin də qonşu torpağına sulanması digər diktatorlar kimi çox da gecikmədi.1978-ci ildə Liviya qüvvələrinin dəstəyi ilə Tanzaniyanın Uqandayla sərhədiolan şimal vilayəti Kageranı işğal etməyə cəhd etməsi Aminin sonu oldu.Tanzaniya qüvvələri Uqandaya girdi. Fürsətdən istifadə edən Uqanda ordusununiçindəki üsyançı güclər paytaxt Kampalanı ələ keçirdi. Amin dərhal Liviyayaqaçdı və müəllimi Qəddafinin yanına getdi. On il Liviyada yaşadıqdan sonra ölənədəkyaşayacağı Səudiyyə Ərəbistanına sürgünə getdi. Ömrünün son günlərində keçi vətoyuq bəsləmiş, tərəvəz yetişdirmişdi. Etdiklərinə görə ən azından bu dünyada cəzasınıalmayan diktatorlar karvanına qatılaraq 78 yaşında öldüyü Səudiyyə Ərəbistanındatələm-tələsik dəfn edildi.

Ölkəsində hippiliyi və dəyişik geyimlərin geyilməsini qadağan etməsiyləgüldürdüyü kimi, acımasız əməlləriylə də dəhşət saçmışdı. Şübhəsiz ki, tarixonu bütün yönləriylə xatırlayacaq. Hər şey unudulsa da Uqandanın talesizliyiniizah edən bu cümləsi heç unudulmayacaq:
"ölkədən ayrıldığımdan bəri Uqandada insan haqlarına sayqı göstərilmir.”

Rəqiblərini rinqə dəvət edərdi

Idi Amin düşməni Tanzaniya prezidenti Julius Nyerreyni aralarındakı mübahisənihəll etmək üçün rinqə dəvət etmişdi. Bir qolunu çiyninə bağalayaraq döyüşməyi dətəklif etmişdi. 1981-ci ildə ağır çəkidə eks çempion Məhəmməd Əlini rinqə dəvətetmişdi: "Döyüş Liviyada olacaq. Qan qardaşım Qəddafi hakim, Ayətullah Xomeynispiker, Yasər Ərəfat isə məşqçi olacaq.”

Adamyeyən idi?

Haqqındakı adamyeyəm iddiası heç zaman gündəmdən düşmədi. Özü də ingilisordusunda xidmət edərkən Mau mau qəbiləsi tərəfindən əsir götürüləndə ona zorlainsan əti yedirdiklərini söyləmişdi. 33 uşağı və beş qadınla evli olan Amininarvadlarından birinin cəsədi maşında parçalanmış halda tapıldı. Xidmətçilərisarayın soyuducularında insan başları gördüklərini söyləsə də bunlar doğruolmadı.

Taxtla gəzərdi

İdi Amin hakimiyyətdə olarkən dörd ağ ingilisin daşıdığı taxtla gəzərdi. Beləliklə,afrikanı yağmalayan ağ irqdən intiqam alırdı. Keçmiş sahibi olan ingilislərənifrəti bununla bitmirdi.

Özünü ingilislərin ən yüksək medallarından olan " victoria medalı” iləmükafatlandıran Amin 1976-cı ildə getdiyi Şimali İrlandiyada ` Şotlandiyaazadlığı` üçün mücadilə etdiyi bildirərək "İngilis Millətlər Cəmiyyətininbaşında Kraliça deyil, mən olmalıyam” demişdi. Özünü ` Şotlandiya kralı` daelan edən Amin 1975-ci ildə Səudiyyə Ərəbistan kral ailəsinin üzvlərindənbirinin cənazə mərasiminə şotland kişilərinin geyindiyi `kelt`lə qatılmışdı.

Hərölkədə ölməli insanlar olmalıdır

Qurbanlarının sayı tambilinməsə də təxminən 300-400 min arasında insanı qətlə yetirdiyi bildirilir.Aminin yaxın dostlarından Səhiyyə Naziri Henry Kyemba " Amin özü belə neçəadamın qətlinə fərman verdiyini bilmir” deyirdi. Uqandanın `Böyük atası` (Aminözünə bu adı vermişdi, nə də olsa xalqın atası idi) isə bu cinayətlərə beləizah verirdi: "Hər ölkədə ölməyi lazım olan adamlar olmalıdır. Onlar sabitliyəvə ədalətə çatmaq üçün hər ölkənin qurbanlarıdır. ”

Hitlerəheyran idi

Uqandanın manyak diktatoru eyni zamanda Hitler heyranı idi. 1972-ci ildə BMT–nin baş katibinə yazdığı məktubda "Hitler 6 milyon yəhudini qaz otaqlarınagöndərsə də bunu yəhudilərin dünya xalqlarının mənafesi əleyhinə çıxdığına görəetdi.” demişdi.

Amerikanınqucağındakı diktator

Amin Afrikadakı müstəmləkəçiliyin buraxdığı dağıntıda yetişən diktatorlararasında ən çox səs gətirəni idi. 1950-ci illərdə Keniyadakı Mau Mau üsyanındansonra qurulan düşərgələrdə acımasızlığı ilə seçilmişdi. Burada ona verilən ad`boğucu` idi. Ingiltərəyə sədaqəti və kommunistlərə qarşı bəslədiyi nifrət onu odövrün qərbli super güclərin gözündə inanılası müttəfiq etmişdi. Hər nə qədər qərblisiyasətçilər öz aralarında ona `kloun` desə də xalqını güldürmədiyi dəqiqidi... İngilis və Amerikadan aldığı hərbi yardımla xalqın üzərinə kabus kimiçökmüş, əsgərlərinə MKİ və israillilər təlim keçmişdi. Getdikcə artan tələblərivə Tanzaniyanı işğal etməsi sahiblərini əsəbləşdirməklə yanaşı, gəldiyi kimisilahla devrilmişdi.

" Yeməyiniz bitsə sizə qarğıdalı göndərərəm!”

Ingilislərə yeməklərinin bitəcəyi halda qarğıdalı göndərəcəyini söyləyən Aminin`alicənablığından` amerikalılar da payını alacaqdı. 1976-cı ildə eks ABŞprezidentlərindən Riçard Niksonu Vatergayt skandalının təsirlərindən qorumaqüçün Uqandaya dəvət etmişdi. Uqanda diktatoru dünya sülhünü də göz ardı etməmişdi.1979-cu ildə konvensional silahların nüvə silahlarıyla dəyişdirilməsini və nüvəsilahının bütün ölkələrə paylanılmasını təklif etmişdi...


Tərcümə etdi:Emin Piri