adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Sentyabr 2018 18:58
50104
GÜNDƏM

ŞOK! ŞOK! ŞOK! YOX BİR .OK!

Bu başlıqlı mənasızxəbərlərlə qəzetlər, saytlar oxucuların dayzəhləsini töküb. Şok! Şok! Şok! Dünən ikiqonşu arvad dalaşıb!

Dünən televiziyayabaxıram: Şok! Şok! Şok! Axırı da P…!

Hansısa rayonda ikiqonşu arvad saçyoldusunaçıxıb. Xəbərlər proqramında bunu oqədər geniş, o qədər əhatəli təfsilatı ilə, video materialla təqdim elədilər ki, «Baharınon yeddinci anı»nda Müller köməkçisinə deyir ey «çto, mı vzyali Moskvu?»İndi «mı vzyali Şuşu?» İki qonşu arvadındalaşmasının bu millətə nə dəxli?

Və yaxud o gün kanallarınbiri 14 yaşlı bir gəncin intiharını bir gündə üç dəfəyayımladı. Necə kəndir götürür, necəstul götürür, necə ağaca bağlayır, necə ilgəyi boynunakeçirir, sonra ayağının altındakıstulu vurub aşırır və sair və ilaxır. Belə şeyi televiziyada yayımlayarlar? Nəyi təbliğ edirsiz?

İki-üç gündü rayonlardaydım xəbərim yoxdu, televiziyalarımızın Azərbaycanın brendinə çevirdikləri Falçı Bayramveriliş açdı, yoxsa yox?! Millətingözü qalıb yolda.

Deməli, Türkiyəteleviziyalarında siqaretin üstünü vururlar. Təqdirəlayiqdir! Amma dalına bir qulaq asın. Filmlərdə göstərirlər ki, narkomanheroini necə qaynadır, sonra onu necə şprisə çəkir, qolunu necə şnurla bağlayır, damarını axtarır, iynəni necə ləzzətlədamarına vurur. Sonra necə xumarlanıb məst olur.Adamın lap tamahı düşür. Amma bunun üstünü vurmurlar.

Kəsəsi, Türkiyə televiziyaları bizim televiziyalarında bərəkətini qaçırtdı.