adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
15 Sentyabr 2015 15:20
208923
MODA

Şöhrəti qiymətindən bahalı zinət əşyaları

Zinət əşyaları – qadının ilk və son məhəbbəti (əksinideyən qadınlara inanmayın! "Sadəlik ilahələri" bunu danmaqla yeni obraz yaratmaqistəyirlər). Zinət əşyaları bu günə qədər necə gözəlliklər bəxş elədi, nə sevgiləri qovuşdurdu, ev yıxdı, ailə dağıtdı, nə müharibələrə səbəb oldu... Amma yenə özünəolan heyranlığı əldən vermədi. Bəzi zinət əşyalarının taleyinə isə tanınmışqadınları bəzəməklə tarixdə qalmaq düşüb. Ya da məşhur qadınlar bu daş-qaşı şərəfləndirib,desək, daha doğru olar. Çünki adi qadının boyun-boğazında özlərinə yereləsəydilər, muzeylərə düşməz, hərraclarda milyonlara satılmazdılar. Məşhurxanımların tarixə iz salmış zinət əşyalarına göz gəzdirək:

 

1. Amerikanın yunan əsilli opera müğənnisi Mariya Kallas ən çox bu broşu üzərində gəzdirərdi. 6 iri yaqut qaşla işlənmiş platin broşun kənar qaşları brilyantdır. Bu broşu ona həyat yoldaşı, milyarder Aristotel Onassis hədiyyə etmişdi. Amma hədiyyə Kallasa düşərli olmadı. Tezliklə Onassis müğənnini ABŞ-ın dul qalmış birinci xanımı Jaklin Kennediyə görə atdı.        



2. Fars şahzadəsi Sürəyyanın mimoza broşu. Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin 2-ci həyat yoldaşı, gözəl üzlü, qəmli gözlü şahzadə Sürəyyanın ikitərəfli broşunu bütün təqdimatlarda görmək mümkün idi. Sarı qızıl və brilyantlardan ibarət broşun sırğaları olsa da, şahzadə əsasən broşdan istifadə edərdi. Bu zinət əşyası da uğursuz olub. Oğul övladı olmayan 25 yaşlı Sürəyya şahın gözündən düşür. Üstəlik, Fərəh xatun kimi iddialı şahzadənin saraya gəlişi Sürəyyanı oradan uzaqlaşdırır. Şah xanımı Avropaya gəlib aktrisa olur. Sonralar "Tənhalıq sarayı" adlı kitabı ilə dünya şöhrəti qazanır. 



3. Amerikanın ən tanınmış birinci xanımlarından olan Jaklin Kennedi daha çox heyvan təsvirli zinət əşyalarını sevərdi. Bu bahalı pişik onun boynundan düşməzdi. Sarı qızıl, zümrüd və brilyantlarda ərsəyə gəlmiş bu zinət əşyası birinci leydinin ən sevimlisi idi. 




4. Monakko şahzadəsi, keçmiş aktrisa Qreys Kelli də bahalı heyvancığazların həvəskarı idi. Digər məşhur qadınlardan fərqli olaraq Q.Kelli zinət əşyalarından həmişə yarıyıb. Hətta ölümündən sonra dünyanın bir çox şəhərlərində (Bakı da daxil olmaqla) onun daş-qaşlarının sərgisi keçirilib. 


 



5. Zinət əşyaları qarşısında aciz olan qadınlardan biri, hətta öndə gedəni olan məşhur aktrisa Elizabet Teylor "nənəmin kolyesi" adlandırdığı bu boyunbağını xüsusi sevərdi. Bundan başqa aktrisanın 34 karatlıq brilyantı da sərgilərin baş tacıdır.




6. Daha bir məşhur aktrisa Merilin Monronun mirvari boyunbağısı. Bu gün də dünya qadınları bu boyunbağının bənzərini həvəslə daşıyırlar. Amma ilk belə boyunbağı aktrisanın boynunu toy hədiyyəsi olaraq bəzəyib. Mirvari boyunbağı dünyanı ən çox dolaşan zinət əşyası kimi tanınır. Merilin Monro da bu hədiyyədən sonra qısa müddət ərzində boşanıb. Məhz bu evlilikdən sonra narkotik maddələrə meyil salıb.  




Göründüyü kimi zinət əşyaları həmişə sahibəsinə düşərli olmur. Hətta parapsixoloqlar baş verən xoşagəlməzlikləri, hətta faciələri çox zaman qədimi zinət əşyaları ilə bağlayırlar. Belə fikir var ki, əvvəlki sahibəsinə sevinc gətirməyən zinət əşyası, sonrakı sahibəsinə ikiqat ziyan vurur. Yəni həm xeyir gətirmir, həm də ilk sahibənin kabusu tez-tez onları narahat edir. Ümumiyyətlə, güzgü kimi zinət əşyalarının da yaddaşı var. Onlar öncəki adamın bütün əzab-əziyyətlərini, bədbəxtliyi özünə çəkib, yeni sahibinə (nadir halda xoşbəxtliyini, çünki qədimi və ya məşhur zinət əşyaları lənətlənmiş olur) ötürürlər. Ona görə də ikinci əl zinət əşyası alanda bir az ehtiyatlı olmaq lazımdır. Xüsusilə də başqasının nişan üzüyünü almaq olmaz. Pulu çox olanlar isə hərraclarda şah xanımlarının zinət əşyalarından uzaq gəzsinlər. Hətta "Toxunma, öldürər" xəbərdarlığı kimi həndəvərinə yaxın düşməsinlər. 


Şəfiqə ŞƏFA