Şirməmməd Hüseynovun daha bir qızına vəzifə verildi
Tanınmış mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun qızı Milli Konservatoriyaya prorektor vəzifəsinə gətirilib.
Adalet.az. saytı axar.az-a istinadən xəbər verir ki, Lalə Hüseynova Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru təyin edilib. L.Hüseynova əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, professor Vaqif Əbdülqasımovun yerinə təyin edilib.
Xəbəri Milli Konservatoriyadan da təsdiqləyiblər. Bildiriblər ki, Konservatoriyanın bundan öncəki elmi işlər üzrə prorektoru V.Əbdülqasımov vəfat edib və boş qalan vəzifəyə Ş.Hüseynovun kiçik qızı təyin edilib.
Xatırladaq ki, Ş.Hüseynovun böyük qızı Fərəh Hüseynova Mədəniyyət və İncəsənət Universitetinin rektorudur.
Digər Xəbərlər
28 Aprel 2024 14:46
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
26 Aprel 2024 16:24Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27