adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
31 May 2018 15:46
16574
SİYASƏT

Şimali Koreyadan İlham Əliyevə məktub göndərilib

Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Kim En Nam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Adalet.az xəbər verir ki, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident.

İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost ölkənizin hökumətini və xalqını səmimi qəlbdən təbrik edim.

Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında dərin tarixi kökləri olan ənənəvi dostluq münasibətləri bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ölkənizin inkişafı və firavanlığı naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram".