adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
28 Mart 2019 09:36
16795
İDMAN

ŞƏRHÇİ BİŞMİŞ TOYUĞU DA GÜLDÜRDÜ

Xorvatiya ilə oyunu uduzduq. Təbiidi. Çünki Xorvatiya bir futbol ölkəsidi, böyük ənənələri var, komandadada ulduzlar oynayır. Bizim uşaqlar da əllərindən gələni etdilər. Bütün gücləri ilə oyunu xilasetməyə çalışdılar, bacarmadılar. Eybi yox, buna görə futbolçuları da qınamıram, olanımız budu. Uduzmağımızınbir səbəbi də yeni baş məşqçinin oyunu düzgünqura bilməməsi idi. Sanki uşaqlar məşqçisiz oyuna çıxmışdı. İlk oyundu, baxarıq da. Almeyda da bizdən oynasaydı, oyun bir azbaşqa cür alınardı. Mən başqa birməsələyə toxunmaq istəyirəm. Deməli, idman şərhçisi Litva ilə oyundan qabaq stadionda Xorvatiya ilə görüşü şərh edir və sonda dedi ki,1:2 uduzduq, uğurlu nəticədi.

Ədil İsgəndərov demiş, qadam, məğlubiyyətin də uğurlusu olur?