Şəhid pilotumuzun 40 mərasimi keçiriləcək
Sentyabrın 28-də MiQ-29 hərbi təyyarəsi ilə Xəzər dənizi üzərində təlim uçuşu həyata keçirərkən qəzaya düşərək şəhid olan Hərbi Hava Qüvvələrinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin 40 mərasimi keçiriləcək.
Adalet.az xəbər verir ki, bu barədə Axar.az-a Rəşad Atakişiyevin qayınatası, tanınmış politoloq Qabil Hüseynli məlumat verib. O, mərasimin saat 11-dən başlayaraq Heydər məscidində keçiriləcəyini deyib.
Qeyd edək ki, iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi qəzaya uğramış, pilot Rəşad Saləddin oğlu Atakişiyev itkin düşmüşdü. Pilotumuzun nəşi uzun axtarışlardan sonra tapılaraq, avqustun 21-də 2-ci Fəxri Xiyabanda torpağa tapşırıldı.
Digər Xəbərlər
05 May 2024 17:01
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
05 May 2024 12:46Mehriban Əliyeva xristian icmasını TƏBRİK ETDİ
04 May 2024 14:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
04 May 2024 14:08Yol polisindən qaydaları pozan tanınmışlara müraciət
04 May 2024 13:36