Şəhid olan hərbiçimiz dəfn olundu
Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçisi Kazımov Etibar Xudavi oğlu doğulduğu rayonda dəfn edilib.
Martın 26-da cəbhənin Tərtər rayonunun Qapanlı kəndi istiqamətində şəhid olan 30 yaşlı E. Kazımov Goranboy rayonun Safikürd kəndində torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimində onun yaxınları, hərbçi yoldaşları, Müdafiə Nazirliyinin və Goranboy rayon İcra Hakimiyyətinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhidin qohumları vətən uğrunda canını verən igid övladları ilə şərəf duyduqlarını bildiriblər.
Xatırladaq ki, Milli Ordunun müddətdən artıq hərbi qulluqçusu E. Kazımov döyüş tapşırığını yerinə yetirərkən ermənilərin açdığı atəş nəticəsində şəhid olub. E. Kazımov 2 ay öncə ailə həyatı qurub.
Digər Xəbərlər
06 May 2024 09:37
Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA
05 May 2024 17:29Bakıda güclü külək əsəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
02 May 2024 17:40Norveçli səyahətçilər Ağdamda olublar - YENİLƏNİB
02 May 2024 13:40Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlandı
02 May 2024 10:13