adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
31 Dekabr 2018 11:19
24246
GÜNDƏM

Şaxta babaya MƏKTUB

Adalet.az Oğuz Ayvazın "Şaxta babaya məktub" yazısını təqdim edir:


Bilirəm, başın qarışıq olar. Zatən, hər yeni il ərəfəsi vaxt tapmırsan. Çox güman ki, bizim tərəflərə də baş çəkməzsən.Eşitdim ki, sən getdiyin yerlərdə uşaqların yazdığı məktubu oxuyub onlaraistədiyi hədiyyələri verirsənmiş.


Gəlməyəcəyini, bizimyerlərə baş çəkməyəcəyini bildiyim halda yenə də yazmaq istədim. Onsuz da gəlsən nə bir yolka ağacı taparsan, nə də geniş bir ailə. Bəlkə də bizimtutuquşları görüb, oturub bizimlə bir araq da vurarsan. Kədərlənərsən, o qədəriztirab çəkərsən ki, saçın-saqqalın tökülər, olarsan keçəl Həsən.


Şaxta baba gəlməmişdənəvvəl sənə onu deyim ki, bizim balaca, tabut darlığında bir evimiz var. Yəni, onağıllardakı kimi bacadan gələ bilməzsən, bəlkə pəncərədən içəri keçə bilərsən.Çox səs-küy eləsən quşlarımız Milena və Kafka çox qorxar. Ürəkləri çırpınar.Amandı bunlara diqqət elə. Biz evdə üç nəfərik. Bacım, qardaşım və mən. Bir dəmənə elə gəlir ki, sən Qar qızı ilə sevgilisən. Şaxta baba yaşından-başındanutan! Ağsaqqal adamsan! Yaraşmaz sənə!


Şaxta baba indi gözlərinibərəldərək bu istəklərimi yaxşıca oxu. Oxu ki, bizim də ümidimiz diri qalsın.Deməli, istədiklərimi aşağıda qeyd edirəm:

-Səndənilk istədiyim yer kürəsinə mutluluq, sevgi, hüzur, sülh gətirəsən...

-Müharibələridayandır, uşaqlar ölməsin!

Əsas istədiklərimbunlardır. Ancaq başqa istəklərim də var. Bəlkə yazdığım sətirləri Qar qızı iləoxuyub, güləcəksən. Bəlkə də hönkür-hönkür ağlayacaqsan. Şaxta baba, keçirəmindi kiçik istəklərimə.

-Metrolardabasabas olmasın...

-Ölkəmizdəinsanlar həmrəy yaşasınlar.

-Mentalitetimiz,ənənələrimiz artıq tarixə qovuşsun.

-Azad,müasir gənclik yetişsin.

-Sosialşəbəkələr çöksün!

-Cinayətlərolmasın, qardaş-qardaşın qanını tökməsin...


Şaxtababa əslinə qalsa sənə bir kitablıq istəklərimi yazaram. Ya da özün gəlsən bizə,dərdləşərdik. Mən danışardım, sən dinləyərdin. İndi getməliyəm, redaktor təciliməni çağırır. Danışdıqlarımızı unutma!