Şamaxıda şəhid ailələri üçün bina tikilir
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şamaxı rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan və son tamamlama işlərinin aparıldığı 4 mərtəbəli, 36 mənzilli yaşayış binası ilə tanış olub.
Nazirlikdən Adalet.az-a verilən xəbərə görə, binanın həyətində və mənzillərdə sakinlərin rahatlığı üçün yaradılan şərait, eləcə də əlilliyi olan insanların maneəsiz hərəkət imkanlarına malik olması, mənzillərdə kommunal təchizat sistemlərinin keyfiyyətlə quraşdırılması üçün görülən işlər nəzərdən keçirilib.
Bildirilib ki, yaşayış binasındakı mənzillər Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan növbəlillik siyahısı əsasında Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinin istifadəsinə veriləcək.
Həmçinin penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Qobustan rayonunda tikintisi başa çatmaqda olan 50 yerlik Sosial Adaptasiya Mərkəzində yaradılan şəraitə baxış olub. Mərkəzdə qeyd olunan şəxslərin sosial mühitə uyğunlaşdırılması, onlara hüquqi, psixoloji və s. yardımların göstərilməsi, qanuni mənafelərinin qorunması üçün aidiyyəti dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində işlər aparılacaq.
Burada onların əmək bazarına çıxışının asanlaşdırılması üçün peşə hazırlıqlarının təşkili üçün də müvafiq tədbirlər həyata keçiriləcək.
Digər Xəbərlər
28 Aprel 2024 14:46
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
26 Aprel 2024 16:24Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27