adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Yanvar 2017 13:22
81796
MÜSAHİBƏ

"Şairlər hələ də Sovet dövründə qalıb" - MÜSAHİBƏ

Qazaxda yaşayan gənc yazar Hikmət Orhun ədəbi mühitdə tanınan imzalardandır. Bir çox ədəbi portallarda, qəzet və jurnallarda hekayələri, şeirləri ilə çıxış etmişdir.

Adalet.az gənc yazar Hikmət Orhunla müsahibəni təqdim edir:


- Nə vaxt oldu ədəbi mühitlə tanışlıq?

- On altı yaşım var idi.Birinci kitabımı yenicə çapa hazırlayırdım. Hələ dünyadan xəbərim yox idi; eləbilirdim, göy çatlayanda AYB-nin Qazax filialı düşüb, yanında da filial sədriBarat Vüsal. Bu ərəfədə təsadüfən Bəxtiyar Hidayətlə tanış oldum. O tanışlıqmənim üçün yeni qapılar açdı.


- Qazax ədəbi mühitində nələrvar?

- Köhnə hamam, köhnə tas... Nəmövzular dəyişir, nə leksikon... Bir balaca gül-bülbüldən, dağ-bağdan kənaraçıxan kimi adamı top atəşinə tuturlar. Şairlər hələ də Sovet dövründə qalıb.Əlacları olsa "Göyəzən" qəzetinə epiqraf yazarlar:


- Sizi gah nəsrdə, gah dapoeziyada görürük. Sizə şair deyə bilərik, yoxsa yazar?

- Mən hələ axtarışmərhələsindəyəm.


- "Şərikli çörək” filmindəbelə bir epizod var: Vaqif xəstəxanada yatan qırçı Məhəmmədin yanına gedir.Qatarda söhbətləşdiyi zabitlərdən biri onun ustasının papağını geyinir vədostlarına göstərib gülür. Vaqifin reaksiyası: Sən atam kimi gülürsən. Bütünuşaqların ən böyük arzusu nə vaxtsa atalarına bənzəməkdir. Siz də atanız kimiolmaq istəmisiniz?

- Atam müalicə üçün Moskvayayollananda görüşə bilməmişdim. Həyamdan bir küncə çəkilib ağlayırdım. Öləcəkdeyirdilər! Bir il sonra doğum günümdə sağ-salamat qapıdan girdi. Kökəlmiş,üstəlik, saçının keçəl yerlərinə tük gəlmişdi. Aladəmgil ağaran bığları indiqaraya çalırdı. Onu görən kimi qucağına atılıb bir daha ayrılmamaq şərtiyləboynuna sarıldım. Övladlarına qarşı həddindən artıq sərt adamdır, ancaq ömrümboyu atam kimi olmaq, onun kimi yaşamaq, onun kimi danışmaq, onun kimi yeriməkistəmişəm. Siqareti belə atam kimi çəkirəm. Elə buna görə, bir neçə dəfə əlimdətutsa da, söz demədiyindən ayağım yer alıb. Fürsətcil adamam (gülür).


- Belinski deyir ki, özhəyatından yazmayanlar istedadsızdırlar. Kitablar, filmlər, yoxsa uşaqlıqxatirələrin sizi yazmağa məcbur edir?

- Hələki uşaqlıq xatirələrim.


- Ailə, yoxsa dost?

- Arada fikirləriyləbarışmıram, di gəl, ailə mənim üçün hər şeydən öndə gəlir. Adamlarla dərhalisinişməsəm də, könlümə yatanları heç vaxt unutmuram. Yəni həm də kifayət qədərdostu-tanışı olan adamam. Orta məktəb vaxtı kəndimizin avaraları, söhbətəgedənləri dostum olub. Özüm də sən deyən ağıllı adam olmamışam. Üzüyola, əldənisti olduğuma görə, bir balaca problem olan kimi çağırırdılar.


- Uşaqlıq deyəndə ilk yadınızadüşən hadisə...

- Bir üçtəkərli velosipedimvardı. Hər dəfə məhəlləyə çıxaranda qonu-qonşunun uşaqları minmək üçün başınayığılar, təkərlərini, oturacağını təriflərdilər.


- Qoqol deyir ki, yazmaqibadətə getmək kimi bir şeydir. İlk dəfə "ibadətə” nə vaxt getmisiniz?

- Beşinci sinifdə oxuyurdum.Sinif yoldaşlarımdan birinin qəzetdə şeiri dərc olunmuşdu. Qızlar, oğlanlar,müəllimlər, bir sözlə, hamı tərifləyirdi. Qısqandım. Dəftər-qələm götürübyazmağa başladım. Yeddinci sinifdə oxuyanda şeirlərimdən bir neçəsi rayonqəzetində dərc olundu. Evdə ata-anamı, məktəbdə müəllimlərimi və sinifyoldaşlarımı əməlli-başlı təəccübləndirdim.


- Dilinizdən düşməyən tez-tez dediyiniz bir şeir...

- Nazimin Hikmətin "Masallarınmasalı” şeiri. Əzbər bilmirəm, ordan-burdan bir neçə misra yadımda qalıb. Kefimyaxşı olanda deyirəm:

"...Su başında durmuşuz,

çınar, ben, kedi, güneş, birde ömrümüz.

Suda suretimiz çıkıyor,

çınarın, benim, kedinin,güneşin, bir de ömrümüzün.

Suyun şavkı vuruyor bize,

çınara, bana, kediye, güneşe,bir de ömrümüze” .


- Elə bir düstür varmıdır ki,ona əməl etməklə əsl yazıçı olmaq olar?

- Yazmaq, yazmaq, yazmaq...



- Ədəbiyyatla kino arasındakıəlaqəni hansı səviyyədə görürsünüz?

- Əlaqə hansı səviyyədəolur-olsun, nəticədə ikisi də külüngü bir yerə vurur, yəni insanlara zövqaşılayır.


- Necə olacaq bu işlərinaxırı?

- Hər zaman pozitiv düşünənadam deyiləm. Ancaq məni tanıyan adamlar bilir ki, bu həyatda yeganə inandığımşey: Bir gün hər şey yaxşı olacaq!