adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
10 May 2018 17:01
12012
İDMAN

Şahmat turnirində qaliblər bilindi

Mayın 10-da "Azərbaycan"nəşriyyatının Şahmat Federasiyasının, Milli Olimpiya Komitəsinin və Azərbaycanİdman Jurnalistləri Assosiyasiyasının dəstəyi ilə kütləvi informasiya vasitələri təmsilçiləriarasında ümummili lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş ənənəvi şahmatturnirinə yekun vurulub. 

Adalet.az xəbər verir ki, açılışda "Azərbaycan” nəşriyyatının baş direktoru AğabəyƏsgərov jurnalistləri salamladı və dünya səviyyəli siyasətçi və görkəmli dövlətbaşçısı, ulu öndər Heydər Əliyevin Azərbaycanda bütün sahələrin, xüsusən dəşahmatın inkişafına həmişə böyük diqqət və qayğı göstərdiyini vurğulayaraq busiyasi kursun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinibildirdi.

SonraAzərbaycan veteran şahmatçıların sədri Tofiq Ağayev Şahmat FederasiyasınınPrezidenti Elman Rüstəmovun iştirakçılara və təşkilatçılara təbrikini və öz hədiyyəsinitəqdim etdi.

Mərasimdəçıxış edən Afiq müəlim bu turnirin artıq 22-ci dəfə keçirildiyini, bu dəfə 9 mətbuatorqanından 14 şahmatçının qeydiyyatdan keçdiyini və KİV əməkdaşlarının vaxtazlığını nəzərə alaraq, turnir "rapid” (hər oyunçuya 15 dəqiqə vaxt ayrılır)üsulu ilə keçirildiyini qeyd etdi. Oyunlara 29 aprel tarixində RespublikaŞahmat Mərkəzində beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin hakimliyi iləturnirə qatıldığını bildirdi. Qaliblər yalnız axırıncı, 9-cu turdan sonra müəyyənedildi. Nəticədə "AzərTAc”ın əməkdaşı Ramiz Quliyev, "Metro” qəzetindən RövşənAbbasov, "Azxəbər.com”un əməkdaşı Mehdi Abbasov və "Sport-24.az”ın əməkdaşıCeyhun Əliyev eyni miqdarda 7 xal topladılar. Adətən belə hallarda qalibFİDE-nin qaydalarına görə əmsallar cədvəlindən istifadə etməklə müəyyən olunur.Bu dəfə əmsallar da eyni olduğundan 4-ü də qalib hesab olundu. Qalan yerləri 6xalla Veteran jurnalist Tofiq Ağayev və "Azərbaycan” qəzetindən Ağəli Məmmədov,"AzərTAc”ın müxbirləri Elvin Camalov, Samirə Allahverdiyeva, "MOK” Cəmaləddin Rəhmanov,"Olimpiya dünyası” Azər Əlizadə, "Seçmə” qəzetindən Fikrət Məmmədov və s. təltifolundular.

Sonda"Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov hədiyyələri təqdimetdi.