adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Dekabr 2018 12:18
144288
MÜSAHİBƏ

Seymur Baycan: “Son hekayəmi yazıb ədəbiyyatdan gedirəm” – MÜSAHİBƏ

Adalet.az Ayxan Ayvazla hazırda Tiflisdə yaşayantanınmış yazıçımız Seymur Baycanın söhbətini təqdim edir.

- Seymur, nə vaxtdır müsahibə vermirsən. Səsin-sorağıngəlmir. Hesab edirəm ki, Azərbaycanda ən maraqlı müsahibə verən adamlardanbirisən. Müsahibə də sanki sənin üçünyaradıcılıqdır. Necə hesab edirsən, bizim yazıçılar müsahibələrində kifayət qədərsəmimi ola bilirlərmi?

- Nikolay Tsiskaridze çıxışlarından birində maraqlıbir söz demişdi. Demişdi ki, müsahibəalmaq istəyən adamlara məmnuniyyətlə "hə” cavabı verirəm. Çünki elə vaxt gələbilər ki, heç kimin yadına düşmərəm, özüm müsahibə vermək istəyərəm, amma məndənmüsahibə alan adam tapılmaz.

Əslində bəndənizəhər ay azı iki saytdan müsahibə üçün müraciət edirlər. Amma mədəni şəkildə müsahibə verməkdən imtinaedirəm. Baxıram ki, müsahibə almaq istəyən adam yazılarımdan xəbərsizdir. Mənibir publisist, yazıçı kimi deyil, müğənni kimi danışdırmaq istəyirlər. Mən isəmüsahibə vermək xatirinə müsahibə vermək istəmirəm. Buna bir qram da ehtiyacımyoxdur. Yazılarımdan, kitablarımdan xəbərsiz adamla nədən danışa bilərəm?

Bəli,müsahibəni yaradıcılığın bir növü hesab edirəm. Müsahibə oxumağı çox sevirəm. Xüsusənhaqq dünyasına getmiş məşhur yazıçıların, rejissorların müsahibələrini dahadiqqətlə oxuyuram. Çünki nələrin daha tez, nələrin daha gec köhnəldiyini öyrənmək,zaman adlı anlayışı dərindən hiss etmək üçün rəhmətə getmiş adamların müsahibələriəvəzedilməz mənbədir.

Təəssüf ki,bizim yazıçılar, ümumən sənət adamlarımız müsahibələrində səmimi ola bilmirlər.Bunun da bir yox, bir neçə səbəbi var. Azad deyillər, az oxuyurlar, az baxırlar,geniş, bəşəri düşünə bilmirlər, ən əsası yaradıcılıq onların nəzərində vəzifəkreslosuna dırmaşmaq üçün vasitədir. Ona görə də müsahibələri süni, vəzifəli,pullu adamlara təşəkkürlərlə, minnətdarlıqlarla, yaltaqlıqlarla zəngin,darıxdırıcı alınır.

Səsin-sorağıngəlmir sözünü isə başa düşmədim. Son üç ildə hekayələrdən ibarət üç, yazılardanibarət iki kitab nəşr etmişəm. Səsimin-sorağımın gəlməsi üçün daha nə etməliyəm?Gedib Azadlıq meydanında lüt gəzməliyəm?



- "Quqark” romanın ən çox satılan əsərin oldu. Ammaondan sonra roman yazmadın. Hekayələr yazmağa başladın. Çoxları Seymuru romançıkimi görürdülər. Roman yazmaq üçün də pul lazımdır, demişdin. İndi nə fikirdəsən?Hər halda Tiflisdəsən, yazmağa şəraitin də var. Yeni bir roman gələcəkmi?

- Yox, romangəlməyəcək. Bir hekayə mövzusu var, çoxgüman, 31 dekabrda yazıb ədəbiyyat sahəsində fəaliyyətimə son verəcəm. Yazmaqüçün xüsusi ovqat lazımdır. Mətn başımda tam bişsə də, xüsusi ovqatsız masaarxasında otura bilmirəm. Son illər 31 dekabrda, adətən, kədərli oluram. Sankibayram üstümə bir yük qoyur. Təbrik almalısan, təbrik etməlisən. Nəsə xoş sözlərdeməlisən. Bir növ elə bil adam adi həyat ritminə dəyişiklik etməyə məcbur olur.Üstəlik keçmiş yolkalar, oyuncaqlar, şaxtababalar, qarqızlar, bayram süfrələri,ölüb getmiş adamlar, dağılmış məkanlar yadıma düşür, çox əziyyət çəkirəm. Həm dədəqiq bilirəm ki, nə qədər adam maddi baxımdan bayram süfrəsi açmaq, uşaqlarınahədiyyələr vermək, onları sevindirmək iqtidarında deyil. İmkanım olsaydı, heçolmasa, beş ailəyə köməklik edib yüngülləşərdim, təskinlik tapardım. İmkanımolmadığına görə özümü daha çox günahkar hiss edirəm. Bu acizlik məni çoxağrıdır. Belə məqamlarda pul qazana bilməmək bacarığımın olmamasına görə özümüçox qınayıram. İstərdim, çoxlu pulum olsun, ehtiyacı olan adamlara xərcləyim. Həqiqətəndə, başqalarına yardım etmək imkanı olduğu halda yardım etməyən adamları başadüşə bilmirəm. Onlar nə qədər itirdiklərinin fərqində deyillər. Xüsusən,bayramlarda imkansız adamları sevindirmək, onlara yaxınlaşmağa cəhdlər etməkböyük alicənablıqdır, deyərdim ki, ibadətlərin ən gözəlidir. Keçən il 31dekabrda küçə itləri üçün çoxlu sümük aldım. Yeni ili onlarla keçirdim. Sonra gəlibyatdım. Bu il isə əlahiddə bir hadisə baş verməsə, çox güman oturub hekayəyazacam.




- O hekayəni yazandan sonra ədəbiyyatdan gedəcəksən?

- Gedəcəksənsözü bir az təmtaraqlı səslənir. Ədəbiyyat sahəsində fəaliyyətimə son verəcəmdesəm fikrimi daha təvazökar bir tərzdə ifadə etmiş olaram.


- Seymur, "Gecikmiş hekayələr” kitabın çap olundu.Ondan sonra da bir neçə hekayə ilə çıxış elədin. Sənə çoxlu iradlar gəldi.Hekayələrinin alınmadığını deyənlər də oldu, fərqli görənlər də. Necə düşünürsən,Seymur yaxşı hekayəçidir?

- Bir dəfədemişəm, indi bir daha deyirəm. Ədəbiyyatın elə bir həddi var ki, bizim ədəbiyyatımızdao həddə qədər üç adam çıxa bilib. Cəfər Cabbarlı, Hüseyn Cavid və mən. O həddhansı həddir və Cəfər Cabbarlı, Hüseyn Cavid hansı əsərlərində, hansı məqamlardaora çatıblar, onu deməyəcəm. Bu barədə danışmağa ehtiyac görmürəm.

Seymur yaxşıhekayəçi deyil, Seymur əla hekayəçidir. Azərbaycanlıların bədii zövqü biabırçıvəziyyətdədir. Azərbaycan oxucusunun səviyyəsihekayələrimdəki koloritin, professionallığın, bədiyyatın və sairə amillərinheç üç faizini qiymətləndirmək iqtidarında deyil. Azərbaycanlılar əgər şüküretməyi bacarırlarsa, şükür etməlidirlər ki, onların dilində "Ocaqxanada”, "Qərəzsizarzular qəbiristanlığı”, "Uğursuz şairin ölümü”, "Sentimental səyahət” kimihekayələr yazılıb. Sözün açığı bu mənada yumşaq desəm, mirvariləri sağa-sola səpələməkdəyəm.Bunu bilmək böyük dərddir. Elə bil lənətlənmişəm.



- Sadə yazmağa üstlünlük verirsən. Adi bir hadisədənhekayə yaradırsan. Və çox qəribədir ki, biz bəzən yanımızdan ötüb keçən budetallara fikir vermirik. Mənə elə gəlir ki, Seymuru adi hadisələr daha çox təsirləndirir.Yazmaq üçün çox da dərinə getmirsən...

- HenrixBöllə bir dəfə sual vermişdilər ki, sən niyə daha çox kiçik adamların həyatındanyazırsan? O isə demişdi ki, kiçik adamla böyük adamın arasındakı sərhədi kim,necə müəyyən edir? Söhbət təxminən yadımda belə qalıb.

Özün ədəbiyyatlaməşğul olan adamsan. Bu nə sualdır, mənə verirsən? Bilirsən, yaxud artıq bilməlisənki, ədəbiyyatda kiçik və böyük mövzu yoxdur. Nədən yox, necə yazmaq vacibdir.

- Yazılarında keçmişə bağlılığın var. Sanki Seymurindiki zamanda olmaqdan razı deyil. Hətta qələmlə yazırsan. Yeni dövrəuyğunlaşmaqda çətinlik çəkirsən. Nədir bunun səbəbi? Seymurun keçmişi dahamıişıqlıydı?

- Keçmişəçox bağlıyam. Həqiqətən də, bir hadisəyə qiymət verməyim üçün mütləq həminhadisə keçmişə çevrilməlidir. Bir dəfə qarlı dağlara səfərə getmişdim. Orda səfəryoldaşım sual verdi ki, bu səfərdən sənin yadında daha çox nə qalacaq? Dedimki, indi cavab verə bilmərəm. Mənim nə bu günüm var, nə də sabahım, mənim ancaqdünənim var. Bu heç, bunu qoyaq kənara. Digər tərəfdən həqiqətən də yaşadığımdövrə uyğunlaşmaqda çətinlik çəkirəm. İki dəfə bank hesabı açmışam, ikisində dəbank kartımı itirmişəm. Bank kartı, bankomatgörəndə özümü pis hiss edirəm. İstəyirəm adamlar əlini salsın cibinə,pulu çıxartsın aldığı əşyanın, ərzağın qiymətini ödəsin. Hər dəfə kommunal xərcləriödəmək lazım gələndə itə dönürəm. Hər dəfə kiminsə köməyinə ehtiyac yaranır. Ömrümdəbir dəfə də olsun, "Votsap”dan mesaj almamışam. Köhnə "Nokia”dan istifadə edirəm.Neçə dəfə yaxın dostlar təzə telefon almaq istəyiblər, razı olmamışam. Gəncləroturub söhbət edəndə bilmirəm nədən danışırlar. Özümü çox köhnə hiss edirəm.Robotlar, peyklər, gələcək haqqında söhbətlər məni əsəbiləşdirir, yorur,darıxdırır.

Bax elə dünənpiyada gəzməyə çıxmışdım. Azı 15 kilometr gəzdim. Parkda gəzərkən tualetəehtiyac yarandı. Əvvəllər həmin parkda adi qaydada tualet fəaliyyət göstərirdi.Balaca köşkdə bir arvad otururdu. Pulunu verib adam balası kimi keçirdin içəri.İndi orda təzə tualet quraşdırıblar. Pulu harasa qoymalısan, sonra hansısa düymənibasmalısan. Bilmirəm, qapı necə açılır, necə bağlanır. "Min bir gecə” nağıllarındaSindbad nəhəng yumurtanın ətrafında fırlanıb qapı axtaran kimi tualetin ətrafınafırlandım, orasına-burasına baxdım, heç nə başa düşmədim. Məcbur qalıb sürətliaddımlarla getdim parkın yaxınlığındakı ticarət mərkəzinə.



- Həmişə deyirdin ki, mən təsadüfən ədəbiyyata gələnadamam. Məncə, Seymur ədəbiyyatsız yaşaya bilməz. Sən necə düşünürsən? Ədəbiyyatıbir kənara qoyub başqa işlə məşğul ola bilərdin?

- Görəsən,hansı sahədə fəaliyyət göstərib başımı saxlaya bilərəm? Bu barədə çox düşünmüşəm.Mənə elə gəlir ki, ədəbiyyatı bir kənara qoysam, qoyun otara, qaz saxlaya bilərəm. Qoyunları və qazları çox sevirəm. Düzdür, qoyun otarmaq, qaz saxlamaq heç dəasan deyil, amma başqa işlərlə müqayisədə bunlar nədənsə mənə öhdəsindən gələbiləcəyim işlər kimi görünür.

- Tez-tez giley dolu yazılar yazırsan. Gəncləridanlayırsan. Və belə bir təəssürat yaranır ki, Seymur artıq ağsaqqalıq edir.Yazılarında çıxış yolu göstərmirsən, deyirlər. Razısan bu fikirlərlə?

- Razı deyiləm.Nə giley dolu yazılar, nə danlamaq, nə ağsaqqallıq? İşim-gücüm yoxdur? Avarayammən? Bunlar yersiz, mənasız söz-söhbətlərdir. Publisistikam son iki ildə çox dəyişib.Adamlar isə beş il, yeddi il, on il əvvəl oxuduqları yazılara əsaslanaraqhaqqımda fikir bildirməkdə davam edirlər. Bir neçə ay əvvəl "Tolstoyun vida məktubu”adlı yazı yazdım. O cür yüksək səviyyəli yazı yazmış adam haqqında ağsaqqallıqedir, gəncləri danlayır sözlərini demək nə dərəcədə ədalətlidir?

- Müxtəlif əsərlər barədə yazıların dərc olunub. Mənəmaraqlıdır, Seymurun əlinin altında olan və daim vərəqlədiyi, təzədən oxuduğumüəlliflər kimlərdir? Ya da son dövr oxuduğun əsərlər haqqında danışardın...

- Bilirsənki, zaman ədəbiyyata qarşı çox amansızdır. Zaman ötdükcə hətta ən möhtəşəm, şedevrhesab olunan əsərlərdə belə bəzi hissələr aktuallığın itirir, bu günün pəncərəsindənbaxanda artıq, yersiz görünür. Məsələn,yaxınlarda Nobel mükafatçısı, fransız ədəbiyyatının görkəmli nümayəndəsi RomenRollanın "Jan Kristof” əsərini oxudum. İrihəcmli, hadisələrlə bol, strukturusadə, gözəl əsərdir. Oxumamısansa, oxumağını şiddətlə tövsiyə edirəm. Sənətə,yaradıcılığa aid qiymətli fikirlər, məsləhətlər var əsərdə. Diqqətlə oxusan,xeyli faydalana bilərsən. Əsər bir bəstəkarın həyatından bəhs edir. Romen Rollanqəhrəmanının həyatını doğulduğu gündən ölənə qədər yazıb. Amma yuxarıda qeydetdiyim kimi əsərdə bu günün pəncərəsindən baxanda bir-iki yerdə aktuallığınitirmiş təsvirlərə rast gəldim və həqiqətən buna həm təəssüfləndim, həm də kədərləndim.Deməli, hətta Romen Rollan kimi usta bir yazıçı belə zamanın amansızlığıqarşısında müdafiəsizdir. Bu mənada Çexov nəhəngdir. Ona görə yox ki, Çexovunbütün yaradıcılığı zamanın qarşısında əzəmətlə dayanıbdır və heç bir əsəriaktuallığını itirməyibdir. Xeyr. Çexovun zəif, aktuallığını itirmiş kifayət qədərhekayələri var. Amma Çexovun təxminən altı-yeddi hekayəsi var ki, zamanınqarşısında əzəmətlə dayanıb. Həmin hekayələrdə nəinki artıq bir cümlə, artıq,yersiz bir söz belə tapmaq mümkün deyil. Bu, sadəcə dəhşətdir. Çexovun hekayələrinizaman-zaman təkrar oxuyuram. Çexov qədər mətnə, sözə hakim olan, lakonik ikincibir yazıçı tanımıram. Başqalarının qalın bir romanda yaza bilmədiyini Çexov bir hekayədəyazır. Xəstəlik onu nə qədər müdrikləşdirib,həyatın faniliyini necə dərindən hiss edib. Ömrünün sonlarında necə kədərli,ağır günlər keçirib. Onun hisləri necə səmimi, necə həqiqidir. Peşəkarlıq, üsluböz yerində, amma getdikcə əsərlərdə hislərinsəmimiliyini daha çox qiymətləndirirəm. Tomas Vulf səliqəsiz yazıçıdır. Heminqueydeyirdi ki, mən Tomas Vulf deyiləm, hər sözün qədrini bilirəm. Amma TomasVulfun əsərlərində bədiyyat, hisslər o qədər güclüdür ki, biz onun səliqəsizliyiniheç görmək belə istəmirik. Tomas Vulfun əsərlərindəhisslərin səmimiliyi, bədiyyat, bütün hadisələrə, mənzərələrə, əşyalara bədii təfəkkürləyanaşma səliqəsizliyi ikinci, üçüncü plana keçirir. Tomas Vulf ən çox hissetdiyim yazıçılardan biridir. Onun "Evinəbax mələk” romanı ruhuma çox yaxındır. Həmçinin Knut Hamsunun "Misteriyalar” əsəri...

Bir neçə ay əvvəlNobel mükafatçısı Kazuo İşiquronun "Məni heç vaxt tərk etmə” əsərini oxudum. Bugün az qala heç kimin oxumadığı unudulmuş Sovet yazıçılarının əsərlərini beləmaraqla oxuyan, sosrelizmin fontan vurduğu əsərlərdə belə nələrsə tapan, sosrealizminfontan vurduğu əsərlərdən nələrsə oğurlayan, nələrdənsə bəhrələnən bir adam "Məniheç vaxt tərk etmə” əsərini zorla oxudu. Ürəyim sıxıldı. Nobel mükafatı almışbir yazıçının əsərində bizim köhnə yazıçıların təbirincə desəm, həqiqətən də üçyazıçı cümləsinə rast gəlmədim. Hislər isə başdan-başa surroqat hislər idi. Eləbil ifrat dərəcədə təmizkar bir qadın yağsız, dadsız-duzsuz bir yemək bişirmişdi.Mətbəxtdə qablar par-par parıldayır, süfrə ağappaq, hər tərəf gül-çiçək kimi təmizdir,amma yeməkdə bir qram dad yoxdur. Necə deyərlər, yemək adamın ağzından yerətökülür, sən yeməyi yemirsən, yemək səni yeyir. "Məni heç vaxt tərk etmə” əsəriilə paralel olaraq özbək yazıçı Şərəf Rəşidovun "Qaliblər” romanını oxuyurdum. "Qaliblər”kolxoz quruculuğundan bəhs edir. Əsəri Mirzə İbrahimov Azərbaycan dilinə tərcüməedib. Mövzu olaraq Sovetin dağılması ilə tamam aktuallığını itirmiş bir əsərdir.Amma inan ki, özbək yazıçı Şərəf Rəşidovun kolxoz quruculuğundan bəhs edən əsəriNobel mükafatı almış Kazuo İşiquronun əsərindənmənə daha maraqlı, daha koloritli, daha çox ədəbiyyat kimi göründü. ElisManronun da hekayələrini oxudum. O lap biabırçılıq, rüsvayçılıq idi. O arvada niyə, hansı məqsədlə, hansımeyarla Nobel mükafatı veriblər, bilmirəm. Tam səmimi deyirəm, Əli Novruzov ElisManrodan yaxşı yazıçıdır. Deməyim odur ki, əsər nə qədər peşəkarcasına qurulsa da, surroqat hislər, hislərinimitasiyası məni iyrəndirir. Elə hislər var ki, onları imitasiya etmək mümkündeyil. Sən o hisləri həqiqətən də, yaşamalısan. Həqiqətən, yaşanmış hislər bənzərsizbir şəkildə ifadə olunur. Məsələn, Çexov "6 nömrəli palata”da baş həkiminölümünü təsvir edərkən belə bir cümlə yazır: "Gözünün önündən gözəl bir maralsürüsü keçdi”. Bu cümlə həqiqətən yaşanmış hislərin bənzərsiz şəkildə ifadəolunmasıdır. Yaxud "İonıç” hekayəsində Çexov qəbiristanlığı təsvir etməklə həyatınfaniliyini necə inandırıcı bir şəkildə göstərir. Hanı ordu generalı, hanı operamüğənnisi? Yoxdur, çürüyüb torpağa qarışıblar. Çexov o hisləri həqiqətən də yaşamasaydı,kiçik bir səhnədə həyatın faniliyini o dərəcədə inandırıcı bir şəkildə təsviredə bilməzdi. Mümkünatı yoxdur və sənətin müqəddəsliyi, ilahiliyi də eləbundadır. "Sənət qurban tələb edir” sözünü bu mənada başa düşmək lazımdır.Yoxsa ki, adamlar istəyirlər çox rahat bir həyat yaşasınlar, həyatlarında hərşey qaydasında olsun və sənətdə də başlarından yekə qələtlər eləsinlər. Alihisləri imitasiya edən adamlar elə həmin hisləri imitasiya edənləri aldada bilərlər.

- Bizim ədəbi mühiti izləyirsənmi? Nələr dəyişib, səncə?Sanki bir ölgünlük var...

- İzləyirəm.Hansı dildə yazırsansa, həmin dildə yazılmış əsərləri müntəzəm oxumaq vacib şərtdir.Hətta mövzusu, əsərin səviyyəsi səni qane etməsə də oxumalısan. Bizim ədəbimühitimizə gəldikdə isə yəqin ki, yaşıdlarım, məndən yaşda böyük olanlar sözlərimitəsdiq edərlər, heç vaxt bizim ədəbi mühiti bu qədər boz görməmişəm. Ölkədə müəlliflərəqonorar verən müstəqil bir ədəbiyyat jurnalı yoxdur. Ta təffərrüata girməyin mənasıvarmı? Ədəbi mühitin nə vəziyyətdə olmasını izah etmək üçün tək bu fakt bəsedir.

- Əvvəl tez-tez gündəmi dəyişirdin. Hətta bu, səninüçün adi bir şeyə çevrilmişdi. İndi Seymuru sakit, bir küncə çəkilən görürük. Yəqinyaşla bağlıdır. Ya da artıq bu kimi şeylərin mənasız olduğunu düşünürsən.

- Yaş, mütailə, özünü, keçmişini təftiş etmək əlbəttətəsirini göstərir. Bu şəksizdir. Zamanında doğru bildiyim, doğru hesab etdiyimfikirləri yazmışam. Çox az halda qəsdən qalmaqal yaratmışam.

Səsin-sorağıngəlmir, küncə çəkilmisən... Bu nə ifadələrdi? Elə bir zorla boynuma qoymaq istəyirsənki, yoxa çıxmısan. Doğrudan elə görünür? Sənə az əvvəl dedim ki, son üç ildəhekayələrdən ibarət üç, yazılardan ibraət iki kitab nəşr etmişəm. Başım çıxmır,daha nə etməliyəm? İşim yazmaqdı, mən də yazıram.

- Seymur, qadınlarla bağlı kəskin yazıların olub. Həttagənc yazarlara müraciət etmişdin ki, Azərbaycan qadını ilə evlənməsin. Düşüncəsinormal olan qadınlar sənin dediyinə gülüb keçirlər. Amma ümumən reaksiya sərtolur. Səncə, bu cür ümumiləşdirmələr doğrudurmu?

- Təbiətqadınlarda daha güclü olur. Zəmanəmizin kifayət qədər məşhur mütəfəkkirlərindənbirinin təbirincə desəm, təbiət qadını şiddətlə cırmaqlayır. Qadın doğmaq istəyirsə,doğmalıdır. Doğmasa, başı xarab olacaq. Qadınların həyata münasibəti dahapraktikdir. Məsələn, siyasi sistemlərin, həyat şərtlərinin kəskin dəyişməsinikişilər daha ağrılı keçirirlər.Yadımdadır, 90-cı illərdə nə qədər kişi evdə oturmuşdu, qadınlar isə işləyibevə çörək gətirirdi. Niyə? Tutaq ki, X. adlı kişi səhər işə gedib axşam işdənqayıdıb ayın sonunda maaş almağa öyrəşmişdi. Sovet dağılıb, zavod bağlanıb. İşyoxdur. Kişi isə başını itirib. Bilmir nə etsin. Əlindən heç nə gəlmir. Gedibbazarda alver etməyə utanır. Qadının isə bağlanmış zavoda yas tutmağa, ağlaşmaqurmağa vaxtı yoxdur. O dəqiq, qəti şəkildə bilir ki, hansısa bir yolla evə çörəkgətirib balaları yemləmək lazımdır.

Hətta qadınromantikdirsə, iyirmi beş yaşa çatmamış, birində bir az tez, birində bir az gecromantika tükənir, ruh tamam ölur. Sən romantik, məsum, şirin görünən bir qızlaevlənirsən, səhəri oyanıb görürsən ki, bu romantik, məsum, şirin qız özpraktikliyi, acgözlüyü, təmtərağa hərisliyi ilə dözülməz dərəcədə iyrənc birifritəyə çevrilib, süpürgəyə minərək evin içində öz tələblərini səsləndirə-səsləndirə,adamın sümüklərini ürpəndirən qəhqəhələr çəkə-çəkə o tərəfə, bu tərəfə uçur vəartıq sən tərəfdən heç bir şikayət, izah qəbul olunmur. Bu metamarfoza barədəciddi və əhatəli düşünsən, qadınların arasından niyə böyük sənətkarlar çıxmırsualına cavab tapa bilərsən. Günahı tarixin üstünə atmaq tarixə qarşı haqsızlıqdır.

Yaşlı kişilərazyaşlı qızlara meyil edəndə heç də təkcə təravətli bədən axtarmırlar, onlar həm də məsumluq axtarırlar.Məşhur Uruqvay yazıçısı Xuan Karlos Onetti "Girdab” əsərində bu barədə yazıb.

Riyakarlıq,məkr, hiyləgərlik qadın təbiətinin ayrılmaz hissəsidir. Ruslar boş yerə demirlərki, şeytan bir işi bacarmayanda ora qadın göndərir. Maraqlısı ondadır ki,qadında ifritəlik, hiyləgərlik, ləçərlik, həyasızlıq nə qədər güclüdürsə,ehtiras, yataq performansı da bir o qədər güclü olur. Mehriban, sakit qadınların arasında çox nadirhallarda ehtiraslı qadına rast gəlmək olar. Əlbəttə bütün bunlar subyektiv vəelmi cəhətdən əsası olmayan fikirlərdir. Sadəcə, onu demək istəyirəm ki, cinsinnaqisliyi ilə coğrafi, milli naqislik birləşəndə, üst-üstə gələndə daha dözülməzvəziyyət yaranır. Azərbaycan qadınının həyat fəlsəfəsi intellekti, istedadı təhqiretməkdən ibarətdir. Özü də bunu adama minnət qoya-qoya edirlər. Guya bütünbunlar sənin yaxşılığın üçündür və sairə və ilaxır...

- Kompleksli birisən. Bunu yazılarında da tez-tezvurğulamısan. Ən adi şeydən pərt olursan, ən adi reaksiyadan depressiyayadüşürsən. Amma həm də ən sərt yazıları da yazan sənsən. Yazılarında maraqlı birobrazını tapanlar səni həyatda görəndə məyus olurlar. Deyirlər ki, Seymurqurudur, sakitdir, macəra dolu deyil. Hansı daha doğrudur? Seymur Baycan qapalıbiridir?

- Nə dərəcədəqapalı, quru, sakit adam olub olmadığımı bilmirəm. Hərə bir cür görür və sözünhəqiqi mənasında bu məni maraqlandırmır. Amma çox utancaq adamam. Bu günə qədərutancaqlığım mənə çox əziyyət verib.

- Niyə bu qədər pessimistsən? Axı sən Azərbaycanda ənçox tanınan müəlliflərdən birisən. Seymur istədiyi qiyməti ala bilməyibmiyoxsa?

- Azərbaycandamənə qiymət verə biləcək adamların sayı beşdən artıq deyil. Hansı ölkədədoğulduğumu, necə bir xalqa mənsub olduğumu yaxşı bilirəm. Qaldı bədbinliyə...Əvvəla, bədbin olmaq insanın təməl hüquqlarından biridir. İkincisi, ciddi adambədbin olmalıdır. Amma süni şəkildə bədbin olmaq adamı ciddi etmir. Bu proses əsaslandırılmış, təbii şəkildə başverməlidir. Məşhur bütün dahilər dəlidirlər, amma bütün dəlilər dahi deyillərsözünü burda fikrimizi ifadə etmək üçün azacıq başqa cür istifadə etsək, beləbir formula yaranar: "Bütün ciddi adamlar bədbindirlər, amma hər bədbini ciddiadam hesab etmək olmaz”.