adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Iyul 2019 17:34
14568
MƏMLƏKƏT

SEVİLƏN PEDAQOQ

Bəlliolduğu kimi, təhsil millətin gələcəyi,işıqlı sabahıdır. Həmin işıqlı sabahı da millətə bəxş edən onun aydınları,ziyalıları, xüsusilə müəllimləridir. Bu mənada Azərbaycanın bütün güşələrindəpeşəsini sevən, yüksək intellektli müəllimlərimiz var. Onlardan biri də Şəki şəhərindəyerləşən Beynəlmiləl tam orta məktəbin kimya müəllimi, hazırda isə həmin məktəbdədirektor müavini işləyən Telman Zəkəriyyə oğlu Məmmədovdu.

Oxucularabildirmək istəyirəm ki, Telman müəllim Şəkidə sayılıb-seçilən ailələrdən biriolan Zəkəriyyə kişinin evində doğulub. Atası respublikanın "Əməkdar tütünustası” adına layiq görülmüş, dəfələrlə mükafatlandırılmış əmək adamı olubdur.Bibisi Sürəyya Əliyeva Sovet dönəmində Sosialist Qəhrəmanı adını qazanmış qabaqcıltütünçülərdən biri olub. Maraqlıdır ki, Telman müəlimin bacısı İqliməMustafayeva isə Azərbaycanın millət vəkillərindən biri olubdu. Bu təqdimatıdiqqətə çatdırmaqda məqsədim odur ki, 35 illik pedaqoji təcrübəsi olan Telman Məmmədovhəyata vəsiqə alanda artıq əməyin nə demək olduğunu kifayər qədər bilirdi. Onagörə də o, Rusiyada Kemera Dövlət Universitetinin kimya fakültəsini bitirib. Və1986-cı ildən Şəki şəhərindəki Beynəlmiləl tam orta məktəbdə öz şagirdlərininsevimlisinə çevrilibdir.

Telmanmüəllimin həyat yoldaşı və qızı da onunla birlikdə gənc nəslin təlim-tərbiyəsiilə məşğuldular. Belə ki, xanımı rus dili, qızı isə riyaziyyat müəlliməsidir.

Bu gün Şəkişəhərindəki 8 saylı tam orta məktəbdə direktor müavini kimi çalışan Telman müəllimöz şagirdlərinə öncə milli kimliyi öyrətməyə, onlarda elmə həvəs yaratmağaçalışır. O istəyir ki, yetirmələri zamanın nəbzini tuta bilsinlər, anlayışlıolsunlar. Həm də sabahın layiqli vətəndaşları kimi cəmiyyətə inteqrasiya etsinlər.Yəni vətənpərvərlik hissi onların qəlbində özünə yer tutsun. Elə bu mənadaTelman müəllimin öz pedaqoji təcrübəsinin həmkarları arasında da dəyərləndirilməsi təqdirəlayiqdir. Belə ki,Respublika Təhsil Nazirliyinə rəhbərlik etmiş Misir Mərdanovun, PİM-nındirektoru N.Məmmədovun, "Mədət” HTİB-nin icraçı direktoru İ.Məmmədovun və digərlərininimzaladığı fəxri fərmanlar, sertifikatlar, diplomlar Telman müəllimin əməyinəverilən qiymətin ifadəsidir. Sevindirici haldır ki, 2017-2018-ci ilin nəticələrinəgörə, Telman müəllimin çalışdığı 8 saylı şəhər məktəbi "Ən yaxşı ümumtəhsil məktəbi”adına layiq görülüb. Təbii ki, bu işdə bütün pedaqoji kollektiv kimi məktəbindirektoru Səttar Ələsgərli ilə yanaşı, Telman müəllimin də xidmətləridanılmazdır. Biz də öz növbəmizdə bu kollektivə və Telman müəllimə uğurlar arzuedirik.

AytənVƏTƏN

şairə-publisist