Sevginin gücü
ABŞ-ın Arkanzas ştatında yaşayan Chastity Patterson atasını itirəndə cəmi 19 yaşında idi.
Amma çox sevdiyi atasının ölümünü qəbul etmək istəmirdi.
Ona görə də dörd il ərzində az qala hər gün onun telefonuna mesaj yazmağa davam edirdi, sanki sağ idi...
Mesajlarında gününün necə keçdiyini, yaşadığı yaxşı və pis hadisələrdən danışırdı.
Atasının ölümünün dördüncü ildönümünə bir gün qalmış “Sabah mənim üçün çox çətin gün olacaq” yazıb yenə atasının nömrəsinə göndərdi.
Ancaq tezliklə heç gözləmədiyi çox təəccüblü bir şey oldu.
Nyuportda yaşadığını deyən Bred adlı şəxs Chastity-nin mesajına duyğu dolu bir cavab verdi.
"Salam əzizim. Mən sənin atan deyiləm, amma son dörd ildir ki, mesajlarını alıram”.
“Səhərlər sabahınız xeyir deməyini səbirsizliklə gözləyirəm, axşamlar isə təcrübələriniz və son inkişaflarınız haqqında yazılarınızı gözləyirəm.
Mən də qızımı dörd il əvvəl avtomobil qəzasında itirdim.
Bəlkə də inanmayacaqsınız, amma o vaxtdan bəri məni yaşadan tək şey mesajlarındır...
Mənə yazanda elə oxuyuram ki, öz qızımdan gəlib.
Mən də atanı itirdiyinə görə çox təəssüflənirəm.
Mesajların sayəsində səni daha yaxından tanıdım, nə qədər mehriban olduğunu anladım, böyümə və inkişafının şahidi oldum.
Hərdən sənin yazdıqlarına cavab vermək istəyirdim, amma ürəyini qırmaqdan qorxduğum üçün imtina etdim.
Zaman keçdikcə sənin qeyri-adi bir insan olduğuna inandım.
Düşündüm ki, sevdiyim qızım yaşasaydı, sənin kimi olardı.
Hər gün mənə mesaj yazdığın və ağrılarımı unutmağıma kömək etdiyin üçün çox sağ ol.
Xahiş edirəm, hər şeyin yaxşılaşacağına və bütün çətinliklərin öhdəsindən gələcəyinə inanmağa davam et.
Səm uğur qazandıqca mən də qızım uğur qazanıbmış kimi fəxr edəcəm...
Hörmətlə, Bred”
Chastity Patterson sosial media hesabında bu mesajları paylaşarkən bunları yazıb:
"Düşünürəm ki, indi atama dincəlməyə icazə verə bilərəm!"
Sonra öz-özünə dedi: “Mən bunu yazdığım üçün şadam. Atamı itirdim, amma ürəyi yanmış ata sevgisini qazandım”.
Dilimizə uyğunlaşdıran: Eminquey
Digər Xəbərlər
26 Dekabr 2025 10:10
Buryatlar: Baykal gölünün sahiblərı - (VI yazı)
24 Dekabr 2025 13:01
Günün Lətifəsi
23 Dekabr 2025 12:20
Rusiyalı alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
22 Dekabr 2025 09:00
Yakutlar: Şimalın türk ruhu,buz altındakı xəzinə... (V yazı)
18 Dekabr 2025 11:49
“Shokki Mokki” “Məktəbim” layihəsinə dəstəyini davam etdirir
18 Dekabr 2025 10:02
Boz Qurda sadiq xristian qaqauzlar - (IV yazı)
15 Dekabr 2025 11:23
Xakaslar: Cənubi Sibir türkləri, şaman ənənəsinin davamçıları - (III yazı)
12 Dekabr 2025 17:50


Bakı -°C

