Səudiyyə Ərəbistanının kralı oğlunu ABŞ-a səfir təyin etdi
Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl Səud oğlu, şahzadə Xalidi ölkənin ABŞ-dakı səfiri təyin edib.
Kralın fərmanına əsasən, şahzadə Abdulla bin Feysəl bin Turki Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri vəzifəsindən azad edilib. Digər fərmanla ölkənin Vaşinqtondakı səfiri vəzifəsinə şahzadə Xalid bin Salman bin Əbdül Əziz təyin edilib. Şahzadə Abdulla bu vəzifədə cəmi bir il çalışıb.
Qeyd edək ki, şahzadə Xalid Səudiyyə Ərəbistanının Hərbi-Hava Qüvvələrinin pilotu olaraq, beynəlxalq koalisiyanın İŞİD-ə qarşı əməliyyatlarında fəal iştirak edib.
Kral Salman bin Əbdüləziz əl Səud ötən gün hökumətdə də bir sıra kadr dəyişiklikləri edib. Belə ki, dövlət qulluğu məsələləri üzrə nazir və ordu komandanı vəzifəsindən azad edilib, informasiya naziri dəyişib, Milli Təhlükəsizlik Mərkəzi yaradılıb, ölkənin Baş Sərmayə İdarəsinə (SAGIA) yeni rəhbər təyin edilib.Digər Xəbərlər
28 Aprel 2024 23:05
ABŞ Dövlət katibi: Azərbaycanla ikitərəfli əlaqələri gücləndirmək niyyətindəyik
28 Aprel 2024 23:03Prezident: Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır
28 Aprel 2024 23:02Blinken: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına dəstək göstərməyə hazırıq
28 Aprel 2024 23:00İlham Əliyev: Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır
28 Aprel 2024 22:57