adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Aprel 2018 12:08
14193
DÜNYA

Səudiyyə Ərəbistanının gələcək kralı İsraillə sülhün vaxtını açıqladı

Səudiyyə Ərəbistanı kralının varisi Məhəmməd ben Salman Əl-Səud Fələstin-İsrail münaqişəsini İsraillə rəsmi sülhün əldə olunmasında başlıca maneə adlandırıb.

Trend-in məlumatına görə, şahzadə amerikan nəşrinə müsahibəsində deyib:

"Bizim ümumi düşmənimiz var, eyni zamanda iqtisadi əməkdaşlıq üşün şoxlu potensiala malik sahələr var".

Bununla yanaşı, varis deyib ki, Ər-Riyad İsrail tərəfindən fələstinlilərlə barışıq əldə olunmayana qədər yəhudilərlə yaxınlaşmayacaq.

Qeyd edək ki, hazırda İsraillə Səudiyyə Ərəbistanı arasında rəsmi münasibətlər mövcud deyil. Ölkələr gizli kanallarla əlaqə saxlayırlar.