adalet.az header logo
  • Bakı -°C
22 Yanvar 2022 18:02
470
DÜNYA
A- A+

Səudiyyə Ərəbistanının altı şəhərinə qar yağdı

Səudiyyə Ərəbistanının altı şəhərinə qar yağıb.

Adalet.az oxu.az-a istinadən xəbər verir ki, ölkənin bəzi bölgələrində havanın temperaturu mənfi üç dərəcə düşüb.

Səudiyyə Ərəbistanının Milli Meteorologiya Mərkəzinin nümayəndəsi Hüseyn əl-Qahtaninin sözlərinə görə, Sibirdən arktik hava kütlələrinin ölkəyə daxil olması ilə bağlı anomal temperatur bu həftənin sonuna qədər davam edəcək.