adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 Aprel 2017 14:43
5816
MƏMLƏKƏT

SƏRNİŞİNDAŞIMA QAYDASINI POZAN SÜRÜCÜLƏR CƏZALANDIRILDI

Bu gün sərnişin daşımaqlaməşğul olan sürücülərin üzərinə çox böyük məsuliyyət hissi düşür. Təəssüflə qeydetməliyik ki, bunu başa düşənlər də var, başa düşməyənlər də. Amma deyəsən son vaxtlarbaşa düşməyənlərin sayı daha da artıb. Əgər belə olmasaydı, son bir ayda respublikanınavtomobil yollarında mikroavtobuslarla əlaqədar ağır qəzalar baş verməzdi.

Ona görə ağır qəzalardeyirik ki, təkcə Bakı-Quba avtomobil yolunda mikroavtobusun yük avtomobili ilətoqquşması nəticəsində 6 nəfər tələbə dünyasını dəyişdi, 15 nəfər də müxtəlif dərəcəlibədən xəsarəti aldı. Mənim dünyasını dəyişəno gənclərə, o cavanlara görə ürəyim ağrayır. Ən azından ona görə ki, bir sürücününsəhlənkarlığına görə, 6 evdə yas çadırı quruldu və onların qohum-əqrabası, doğmalarıbu dərdi necə çəkəcək, onu bir Allah bilir. Yenə Allah-Təala onlara səbr versinvə dünyasını dəyişənlərin əzizlərini qorusun!

Bu hadisə bir dahagöstərdi ki, respublikamızda sərnişindaşıma ilə bağlı çox böyük problemlər mövcuddur.Məhz bu problemləri aradan qaldırmaq üçünYol Patrul Xidməti Alayı bütün tağımlarda baş verə biləcək qəzaların qarşısınınalınması ilə bağlı ciddi addımlar atmağa başlayıb. Rəhbərlik tərəfindən hər birtağımın komandirinə konkret göstərişlər verilib və tövsiyələr edilib. Bu tapşırıqlarda ondan ibarətdir ki, hər bir tağım xidmətapardığı respublika əhəmiyyətli yollarda sərnişinlərin təhlükəsizliyini təmin etməküçün qabaqlayıcı tədbirlər gerçəkləşdirməlidir. İlk növbədə davamlı olaraq sərnişindaşımailə bağlı reydlərin keçirilməsi hər bir tağıma əsas vəzifə kimi tapşırılıb.

Artıq bu məqsədləbütün tağımlarda reydlər keçirilir. Belə reydlərin biri də 1-ci tağımın xidmət apardığıBakı-Quba avtomobil yolunda gerçəkləşdirilib. Təbii ki, keçirilən reyd zamanı sərnişindaşımailə bağlı çoxlu sayda nöqsanlar, çatışmazlıqlar və neqativ hallar aşkarlanıb. Bizimdə reyddə iştirak etdiyimiz bu tədbir bir daha göstərdi ki, sərnişindaşımanı həyatakeçirən şirkətlər hələ də mövcud nöqsanları davam etdirirlər.

Birinci tağımın polisbaş serjantı Emin Əsədov sərnişin daşıyan mikroavtobusa «Saxla!» işarəsi verdi.Sürücü stasionar postun yaxınlığında maşını kənara verib saxladı. Yoxlama zamanıməlum oldu ki, mikroavtobusun sürücüsü maşında əlavə oturacaq quraşdırıb və normadanartıq sərnişin daşıyır. Həmin sürücü barəsində polis baş serjantı Emin Əsədov inzibatiprotokol tərtib etməklə yanaşı, mikroavtobus onun əlindən alınaraq müvəqqəti duracağaqoyuldu.

Reyd zamanı polisbaş serjantı Emin Əsədov yol hərəkəti qaydasını pozan və sərnişindaşıma qaydasınaəməl etməyən iki avtobus və iki mikroavtoböus sürücüsü barəsində protokol tərtibetdi. Və həmin maşınlar sərnişindaşıma qaydasını pozduğuna görə, duracağa qoyuldu.

Eyni zamanda reydzamanı polis baş serjantı Əli Rzayev də sərnişindaşımaqaydasını pozan bir neçə sürücünü saxlayaraq onların nəzərinə çatdırdı ki, yol hərəkətqaydasını pozublar. Yoxlama zamanı aşkarlandı ki, sürücünün heç maşını idarəetməhüququ yox imiş. Üstəlik də bu mikroavtobusda əlavə oturacaq quraşdırmışdı.

Polis baş serjantıAnar Hümmətov da mikroavtobus sürücülərindən birini saxlatdı. Məlum oldu ki, mikroavtobusunsürücüsü nəqliyyat vasitəsini xeyli vaxtdır ki, texniki baxışdan keçirmədən idarəedir. Sərnişindaşıyan mikroavtobusun texniki baxışdan keçirilməməsi hər hansı qəzanınbaş verməsinə münbit şərait yaradır. Bir hadisəni xatırlatmaq istəyirik. Bu yaxınlardaŞəki rayonu ərazisində mikroavtobus hərəkətdə olarkən maşında qəfil nasazlıq yaranıbvə sürücü idarəetməni itirərək maşını dərəyə aşırıb. Qəza nəticəsində ölüm hadisəsibaş verməsə də, ancaq 15 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Məhz bunusürücünün nəzərinə çatdıran polis baş serjantı Adil İsmayılov sürücü barəsində inzibatitədbir həyata keçirdi. Yəni qanunu pozan mikroavtobus sürücüsü cərimə olundu.

Birinci tağımın komandiri,polis mayoru Ürfət Şükürov bildirir ki, son iki həftədir xidmət apardığımız Bakı-Qubaavtomobil yolunda sərnişindaşıma qaydalarını pozan sürücülərə qarşı çox ciddi tədbirlərgörürük. Əməkdaşlarımızın mütəmadi olaraq gördükləri tədbirlər nəticəsində indiyəkimi 20-yə yaxın sərnişindaşıma qaydasını pozan sürücü barəsində inzibati prtokoltərtib etmişik. Mən bir faktı qeyd etməliyəm ki, avtobus sürücüləri qaydanı pozarkənsaxlanılan zaman sərnişinlər bir çox halda tədbir görən əməkdaşlarımıza narazılıqedirlər. Deyirlər ki, bizim vaxtımızı alırsınız və əsəbləşdirirsiniz. Hansı ki,bizim bu tədbirlərimiz sərnişinlərin təhlükəsizliyinin həyata keçirilməsinə yönəldilib.Sutkanın 24 saatı ərzində biz ona çalışırıq ki, xidmət apardığımız Bakı-Quba avtomobilyolunda ağır qəzalar baş verməsin.

Biz reyddə olarkənstasionar postun sağ hissəsində böyük abadlıqişlərinin görüldüyünün şahidi olduq. Həmin işlərin nə vaxt sona çatacağı ilə əlaqədartağım komandiri Ürfət Şükürovdan soruşanda o bildirdi ki, biz burda sərnişinlərinyağışın, qarın altında qalmasına imkan verməməküçün dayanacaq düzəldəcək, bununla yanaşı, bulaq kompleksi inşa edəcəyik. Eyni zamandaçoxlu sayda ağacların əkilməsini də nəzərdə tutmuşuq. Bu tədbirlər həyata keçiriləndənsonra isti yay günlərində hər hansı nəqliyyat vasitəsinin sahibi maşını burda saxlayıbəl-üzünü yuya bilər və yenidən mənzilbaşına yola düşər.

Reyd zamanı 1-citağımın əməkdaşlarından polis baş serjantları Emin Əsədov, Anar Hümmətov, Adil İsmayılov,Əli Rzayev, Elçin Mütəllimov, Baba Yolçuyev, Sahil Ərəbov və başqaları yol hərəkətiqaydasını pozan sürücülər barəsində protokol tərtib etdilər. Bu isə o deməkdir ki,hər bir sürücü diqqətli olmalı və yol hərəkəti qaydalarına əməl etməlidilər. Xüsusəndə sərnişindaşıma ilə məşğul olan sürücülər məsuliyyət hisslərini bir qədər artırmalıvə sükan arxasında diqqətli olmalıdılar.

Reyddə iştirak edirdilər:Ürfət ŞÜKÜROV – Yol Patrul Xidməti Alayının 1-ci tağımının komandiri, polis mayoru;Samir Zeynalov – 1-ci tağımın komandir müavini, polis kapitanı; Sakin Vəliyev –1-ci tağımın baş inspektoru, polis leytenantı; Rasim ƏLİYEV – 1-ci tağımın polisleytenantı, baş inspektor; Adil İSMAYILOV – 1-ci tağımın polis baş serjantı, inspektor;İslam CƏFƏROV – 1-ci tağımın polis serjantı, inspektor; Anar HÜMMƏTOV – 1-ci tağımınpolis serjantı, inspektor; Faiq QİSMƏTOĞLU – «Ədalət»in əməkdaşı