Serbiyanın sabiq xarici işlər naziri İlham Əliyevi təbrik etdi

Serbiyanın sabiq xarici işlər naziri, BMT Baş Assambleyasının 67-ci sessiyasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Vuk Yeremiç Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə məktub göndərib.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri!
Sizi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tam bərpa olunması münasibətilə təbrik edirəm.
Mən etnik ermənilərin ölkənizdə qalıb öz həyatlarına davam etmələri və ya ərazini sərbəst şəkildə tərk etmələri üçün lazımi şəraitin yaradılması ilə bağlı Azərbaycanın addımını alqışlayıram.
Həmçinin mən Azərbaycanın Kosovo və Metoxiya məsələsində Serbiyaya göstərdiyi prinsipial və ardıcıl dəstəyə görə dərin minnətdarlığımı bildirirəm.
Sizə Ermənistan ilə sülh prosesini başa çatdırmaq üçün göstərdiyiniz səylərdə uğurlar arzulayıram.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Digər Xəbərlər

"Bizimlə bu gün hesablaşmayan sabah peşman olur" - Dövlət başçısı

"Vətən müharibəsi həm peşəkarlıq, həm milli ruh salnaməsidir" - Prezident

Ceyhun Bayramov: Ermənistanla sülh prosesində bir neçə istiqamət üzrə təmaslar davam edir

Nazir: Pakistan və Hindistanı məsələni siyasi-diplomatik müstəvidə həll etməyə çağırırıq

“Bizə deyilir ki, istintaq davam edir” - Nazir AZAL təyyarəsinin qəzasından danışdı

Prezident Almaniya Kanslerinə məktub göndərdi

İlham Əliyev yeni seçilən Roma Papasını təbrik etdi
