Serbiyada Türkiyəyə qarşı ŞOK ŞÜAR
Serbiyanın futbol çempionatında baş tutan "Voyvodina" - "Rad Belqrad" matçında serb futbol azarkeşləri türklərə qarşı plakat qaldırıblar.
Lent.az-ın eurosport-a istinadən verdiyi məlumata görə, azarkeşlər serb dilində yazılmış "Kim tez tərpənəcək? ilk türk qanını kim tökəcək"? plakatı qaldırıblar.
Olaylı plakatın qaldırılması bir neçə gün əvvəl İstanbulda "Qalatasaray" ilə Serbiyanın "Srvena Zvezda" basketbol klubu arasındakı oyundan əvvəl baş vermiş hadisə ilə bağlıdır. Belə ki, həmin qarşılaşmadan əvvəl serb azarkeşlərlə türkiyəlilər arasında dava olub. Bıçaqlanan serb azarkeş 5 saat əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Bu olaydan sonra Serbiyada müsəlman və xristian futbol azarkeşləri arasındakı münasibətlər daha da kəskinləşib. Hətta futbol federasiyasının qərarı ilə ölkədə müsəlmanların dəstəklədiyi tək futbol klubu olan "Novi Pazar"ın oyunu da təxirə salınıb.
Digər Xəbərlər
27 Aprel 2024 17:49
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
27 Aprel 2024 17:32Fidan Səudiyyəyə gedir: Fələstin dövlətinin tanınması...
27 Aprel 2024 17:30Meral Akşener bu sözlərə İYİ partiyanı tərk etdi
27 Aprel 2024 16:45Fenomen Bağdadda naməlum şəxslər tərəfindən güllələndi
27 Aprel 2024 16:01