Separatçıların növbəti yaltaqlığı: Xankəndidə “Rus dili günü” keçirilib

Separatçılar növbəti dəfə Rusiyaya yaltaqlandılar.
Adalet.az xəbər verir ki, bu gün, iyunun 6-da Qarabağda yaradılmış qondarma rejimin “təhsil, elm, mədəniyyət və idman nazirliyi”nin təşəbbüsü ilə Stepanakertdə “Rus dili günü” adlı tədbir təşkil olunub.
Erməni mediası yazır ki, tədbir çərçivəsində Xankəndidə Aleksandr Qriboyedov adına 3 nömrəli məktəbdə rus ləhcəsi ilə paytaxtın təhsil mərkəzlərinin VII və VIII sinif şagirdləri arasında qiraət müsabiqəsi keçirilib. Məktəblilər şeirlər söyləyib, müxtəlif əsərlərdən parçalar ifa ediblər. Təbii ki, separatçılar bu tədbiri rusların xoşuna gəlmək və bundan sonra da onların nökərləri olacaqlarını ifadə etmək üçün ediblər.
Qeyd edək ki, 2021 –ci ildə erməni separatçıları Xankəndidə “parlament in” iclasında rus dilinin ikinci dövlət dili elan olunması haqqında qərar qəbul ediblər. Aydındır ki, separatçılar bu qərarı Moskvaya xoş gəlmək və Rusiyanın nökərçiliyini davam etdirmək üçün veriblər.
Əntiqə Rəşid
Digər Xəbərlər

Ərdoğanın müavini Naxçıvana gəlib - YENİLƏNİB

Pensiyalar bütün şəhər və rayonlarda eyni vaxtda verilə bilər? - AÇIQLAMA

Şahin Kazımzadə yüksək posta TƏYİNAT ALDI

Bakı metrosunda interval 1 dəqiqə 45 saniyəyə endirildi

Azərbaycan daha bir beynəlxalq konvensasiyaya qoşulur

Hadruta və Xocalının Badara kəndinə ilk köç karvanı yola salındı

Kəlbəcərə ilk qar yağıb - VİDEO
