Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Sentyabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 759 civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, səhər yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-15° isti olacaq.
Digər Xəbərlər
06 Noyabr 2026 16:52
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
06 Noyabr 2026 16:12
Azərbaycanda güclü külək əsəcək
06 Noyabr 2026 15:22
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQ
06 Noyabr 2026 10:13
Xınalıq kəndinə 15 sm qar yağdı
06 Noyabr 2026 00:21
Leyla və Alyona Əliyevalar qayğıya ehtiyacı olan uşaqlarla - FOTOLAR
05 Noyabr 2026 20:13
“Zəfər arzuları” adlı sosial aksiya keçirilib
05 Noyabr 2026 13:02
Uşağa qulluğa görə müavinət almaq hüququ yeni qaydada müəyyənləşəcək
05 Noyabr 2026 12:17


Bakı -°C

