Şənbə günü hava necə olacaq?
Avqustun 3-də Azərbaycanda hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Adalet.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.
Digər Xəbərlər
18 Mart 2026 11:50
“Bütün Çərşənbələr əslində iqtisadi məna daşıyır”
18 Mart 2026 11:46
Bunlar hamısı ilahi nizamın təzahürüdür - İlahiyyatçı
18 Mart 2026 11:01
Qar yağır, külək əsir - FAKTİKİ HAVA
17 Mart 2026 13:32
Uşaqlara qarşı aqressiv davranışın qarşısını almayanlar cərimə olunacaq
17 Mart 2026 13:31
Dilənçiliklə məşğul olanlar cərimə ediləcək
17 Mart 2026 13:13
Süni intellektlə qanunsuz şəkillər hazırlayanlar 5 ilədək həbs ediləcək
17 Mart 2026 13:09
Böyük qayıdış: Daha 368 nəfər doğma yurda döndü - YENİLƏNİB
17 Mart 2026 12:07


Bakı -°C

