Səməd Seyidov: Prezident sülhü necə bərpa etmək lazım olduğunu nümayiş etdirir
Bu gün Qazax istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhədçilərimiz fəaliyyətə başlayıb.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Qazaxın 4 kəndinin Azərbaycanın nəzarətinə qaytarılması ilə bağlı məsələ barədə danışan parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Deputat bildirib ki, bununla bağlı ən böyük təşəkkür Prezident İlham Əliyevə düşür: “Prezident İlham Əliyev dünyaya yeni düstur gətirir. Prezident sülhü necə bərpa etmək lazım olduğunu nümayiş etdirir. Ona görə ən böyük təşəkkür Prezident İlham Əliyevə düşür. Bu gün bizim qürur günümüzdür”.
Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.
Bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
Digər Xəbərlər
24 Sentyabr 2026 00:46
"TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək"
23 Sentyabr 2026 20:20
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
23 Sentyabr 2026 20:08
Nyu-Yorkda Azərbaycan-Belarus strateji tərəfdaşlığı müzakirə olunub
23 Sentyabr 2026 19:24
Ceyhun Bayramovla Serbiyanın XİN rəhbəri ikitərəfli tərəfdaşlığı müzakirə ediblər
23 Sentyabr 2026 18:23
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
23 Sentyabr 2026 17:47
Ceyhun Bayramov Mərkəzi Afrikalı həmkarı ilə görüşdü
23 Sentyabr 2026 17:21
Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
23 Sentyabr 2026 16:35


Bakı -°C

