Səmayə Həşimova: Polad Azərbaycan xalqının övladı, mən isə bütün şəhidlərin anasıyam
Əvvəllər Səmayə xanımın oğlu Polad deyirdilər, indi isə Poladın anası Səmayə xanım deyirlər. Bu, mənim üçün qürurvericidir.
Adalet.az xəbər verir ki, bu sözləri Report-a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, iyulun 14-də şəhidlik zirvəsinə yüksəlməsinin dördüncü ili tamam olan general-mayor Polad Həşimovun anası Səmayə Həşimova deyib.
O, Polad Həşimov kimi qəhrəman övladın anası olmağı ilə fəxr etdiyini bildirib:
“Tovuz döyüşlərindən sonra xalq ayağa qalxdı və bu, 44 günlük Vətən müharibəsi ilə nəticələndi, Qarabağımız işğaldan azad olundu.
Bizim ailədə belə bir övladın dünyaya gəlməsi ilə, onun anası olmağımla fəxr edirəm.
Onunla bağlı arzularım sonsuz idi. Polad Həşimov Azərbaycan xalqının övladı, mən isə bütün şəhidlərin anasıyam”.
Qeyd edək ki, 2020-ci il Tovuz döyüşlərindən artıq dörd il ötür. Həmin döyüşlərdə general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynalov, gizir Yaşar Babayev, baş çavuş Vüqar Sadıqov, çavuş Elçin Mustafazadə, çavuş Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov şəhid olub.
Digər Xəbərlər
06 Oktyabr 2026 09:43
DYP-dən sürücülərə MÜRACİƏT
05 Oktyabr 2026 19:41
Prezidentdən dərman müəssisəsinin açılışı ilə bağlı PAYLAŞIM
05 Oktyabr 2026 19:35
İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü
05 Oktyabr 2026 19:15
FHN radiasiya təhlükəsizliyinə dair növbəti tədbir keçirdi
05 Oktyabr 2026 18:51
Prezident bu yarışın açılışında - YENİLƏNİB
05 Oktyabr 2026 18:21
Sabahdan kirayə mənzil üçün müraciətlər müvəqqəti dayandırılır
05 Oktyabr 2026 16:54
Sabah leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 Oktyabr 2026 16:35


Bakı -°C

