Səlçuk Bayraktar Azərbaycanda keçiriləcək "Texnofest"lə bağlı paylaşım edib
Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru Səlçuk Bayraktar Azərbaycanda keçiriləcək dünyanın ən böyük aviasiya, kosmos və texnologiyalar festivalı "Texnofest" festivalı ilə bağlı paylaşım edib.
Adalet.az-ın məlumatına görə, o, bu barədə öz "Twitter" səhifəsində yazıb.
"İlk beynəlxalq "Texnofest" festivalımızı can Azərbaycanda keçirməyin həyəcanını və qürurunu yaşayırıq. Səbirsizliklə gözlədiyimiz tədbir üçün qeydiyyat başlayıb. Artıq biz heç bir sərhədə sığmırıq", - deyə S.Bayraktar bildirib.
O qeyd edib ki, festival üçün qeydiyyat fevralın 17-dək davam edəcək.
Xatırladaq ki, "Texnofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.
“Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.
Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.
Digər Xəbərlər
21 Sentyabr 2026 16:09
Fövqəladə Hallar Nazirliyində “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib
21 Sentyabr 2026 16:08
1840,3 ha ərazi minalardan təmizlənib
21 Sentyabr 2026 13:41
Bakı-Ağstafa-Bakıya əlavə qatar reysləri təyin edildi
21 Sentyabr 2026 12:36
Pensiyaçılara ŞAD XƏBƏR
21 Sentyabr 2026 12:08
"Boşalan kəndlərimizə qayıdış proqramı lazımdır" - Komitə sədri tıxacdan danışdı
21 Sentyabr 2026 10:52
“Şəhərdəki tıxaclara görə vətəndaşlardan üzr istəməlidirlər”
21 Sentyabr 2026 10:09
Zakir Həsənov hərbi polisin döyüş hazırlığını izləyib - VİDEO
21 Sentyabr 2026 10:04


Bakı -°C

