Afaq
Səfərovanın səhnə adı Afaq Bəşirqızı
olan sənətkarımızın doğum günüdür. Azərbaycanın xalq artisti , görkəmli teatr və kino
aktrisasının 65 yaşı tamam olur.
"Moşu eqologiya budur”
Söylü tərəfindən
deyilib dillər əzbərinə çevrilən başqa sitatlara da nəzər salaq:
"Belə Dəli Kür, yaralı Araz”(polisə
çımxıraraq deyilir); "Sənə
diplom verənin dədəsinə lənət”;"Biz
tərəfdə arvadı ildə bir dəfə doğmayan kişiyə camaat belə birtəhər baxır e”
Amma tamaşaçılar onu "Bəxt üzüyü” filmindən
çox-çox əvvəl tanıyıb və sevib. Azərbaycan televiziyasında hazırlanmış
tamaşalarda oynadığı müxtəlif xarakterli rollarında dediyi hər söz lətifə kimi
yayılıb. Anarın "Evləri köndələn yar" (Darçınbəyim), Vaqif Səmədoğlu
"Yaşıl eynəkli adam" ( baxıcı Zəhra), Əli Əmirlinin "Bala başa bəla"
(Suğra), Məcnun Vahidov "Yarımştat" (Ayna), Aqşin Babayevin
"Nekroloq"(Gülya) əsərlərinin teletamaşalarında müxtəlif xaraktirli
rollar və "Afaq gülür güldürür" şousunda müxtəlif obrazlar
yaradıb.Azərbaycanfilmistehsalı olan"Bəxt üzüyü”ndəki Söylü rolu da daxil olmaqla"Mozalan”
Satirik Kinojurnalında"Uşaq
bağçası", "Ət kombinatında", "Xaricdə belə deyil",
"Belə də olur" nömrələrinin süjetlərində çıxış edib.
Afaq xanımın həyatı və
yaradıcılığı
Afaq Bəşir
qızı Səfərova 15 avqust 1955-ci ildə Bakı şəhərində böyük Azərbaycannın sevilən aktyoru Bəşir Səfəroğlunun ailəsində anadan
olub.
1962-ci ildə 31 saylı orta məktəbin 1-ci sinifinə gedib və 1972-ci ildə 20
saylı orta məktəbi bitirib. Sənədlərini BDU-nun Şərqşünaslıq fakültəsinə verib,
lakin müsabiqədən keçməyib.
Bir müddət Tibb işçiləri Mədəniyyət evinin dram dərnəyinə gedib. 1974-1979-cu
illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Aktrisalıq fəaliyyətinə
1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. İlk rollarından özünü
istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar
kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb. 1975-ci ildə Sumqayıt
Dövlət Dram Teatrına dəvət alan aktrisa 1989-cu ilə qədər burada çalışıb.
Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa
edərək şöhrət qazanıb. Onun "Bəxt üzüyü" tamaşasında yaratdığı Söylü
obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Mədəniyyət
Nazirliyi tərəfindən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Azərbaycan
Dövlət Musiqili Teatrı) göndərilən Afaq Bəşirqızı bugünə kimi həmin teatrda
çalışır.
O, uzun illər Mədəniyyət və İncəsənət Universitetində pedoqoq kimi çalışıb və həmin
Universitetin professor elmi adına layiq görülüb.
Afaq Bəşirqızının Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının
inkişafındakı xidmətlərinə görə hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib,
17 may 1989-cu ildə Azərbaycan SSR əməkdar artisti, 1993-cü ildə Azərbaycan
Respublikasının Xalq artisti fəxri adlarına, 1993-cü ildə və 2003-cü ildə
"Qızıl Dərviş" mükafatına layiq görülüb. 2013-cü ildə "Şöhrət”
ordeni, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, eləcə
də "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif
edilib.
Qeyd
edək ki, Afaq xanım ailəlidir, Səmral adlı
bir oğlu, Bəşir və Əhmədpaşa adlı
2 nəvəsi var.
Əntiqə Rəşid