adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
24 Dekabr 2019 12:39
13523
MƏMLƏKƏT

Səhiyyə Nazirliyi küçədən tapılan uşaqla bağlı açıqlama yaydı

Gəncədə küçədən uşaq tapılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Gəncədə vətəndaşların küçədən taparaq Gəncə Şəhər 2 saylı Uşaq Xəstəxanasına gətirdikləri 3-4 günlük olan oğlan uşağının vəziyyəti stabildir:

"Uşaqda fiziki qüsur qeydə alınmayıb, vəziyyəti qənaətbəxş qiymətləndirilir. Hazırda həkimlərin nəzarəti altındadır. Faktla əlaqədar artıq hüquq-mühafizə orqanlarına da məlumat verilib”.