Səhiyyə nazirindən yeni direktor təyinatı
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yeni direktor təyin edilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, nazir Oqtay Şirəliyevin əmri ilə Qasımov İlqar Əbülfəz oğlu direktor vəzifəsinə təyin edilib.
İ.Qasımov 1965-ci ildə Bakı şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Respublikası Tibb İnstitutunu bitirmişdir. 1994-cü ildə Moskva şəhərinin Mərkəzi Travmatologiya İnstitutunda Tibb Elmləri Namizədliyini müdafiə edib.
1996-2000-ci illlərdə Moskva şəhərinin Mərkəzi travmatologiya İnstitutunda doktorantura keçmiş, tibb elmləri doktoru dərəcəsini müdafiə edib.
2000-2004-cü illərdə Moskva şəhərinin Mərkəzi Travmatologiya İnstitutunun İri oynaqların artroplastikası və endoprotezləşdirilməsi şöbəsində baş elmi işçi vəzifəsində çalışıb.
2004-2006-ci illərdə Rusiya Tibb Akademiyasının Diplomdan sonkarı təkmilləşdirmə, travmatologiya və ortopediya kafedrasının elmi işçisi olub.
Sonralar Bakı şəhərinə qayıdaraq ixtisas üzrə çalışıb.
Qeyd edək ki, İnstitutun keçmiş direktoru Vaqif Verdiyev öz ərizəsi ilə vəzifəsindən azad olunub.
Digər Xəbərlər
27 Aprel 2024 17:44
Azərbaycanda müəllim vəfat edib - FOTO
26 Aprel 2024 11:23Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər
26 Aprel 2024 11:12Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb
26 Aprel 2024 09:55Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - YENİLİK
26 Aprel 2024 09:35