Səfər Əbiyev xaricə gedib? - AÇIQLAMA
Sosial şəbəkələrdə eks-müdafiə naziri Səfər Əbiyevin səhhətində problem yarandığı və onun məhz bu səbəbdən müalicə üçün xarici ölkələrin birinə getdiyi bildirilib.
Eks-nazirin dostlarıModern.az-a bildiriblər ki, Səfər Əbiyevin səhhətində problemlərin yaranması ilə bağlı yayılan məlumatlar əsassızdır.
Bildirilib ki, eks-nazir hazırda Bakı şəhərində yaşayır.
"Onun səhhətində heç bir problem yoxdur. Səfər müəllim hazırda evində istirahət edir”.
General-polkovnik Səfər Əbiyev 1992-1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavini, müdafiə naziri vəzifəsinin icraçısı, müdafiə nazirinin müavini vəzifələrində çalışıb.
1995-ci il fevralın 5-dən 2013-cü il oktyabrın 22-dək Azərbaycan Respublikasının müdafiə naziri postunu tutub.
Digər Xəbərlər
01 May 2024 22:55
K A N
01 May 2024 18:37Türk Dövlətləri Autizm Federasiyasının Bakı konfransı keçirildi - FOTOLAR
01 May 2024 18:17Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 16:25İyunda ardıcıl 5 gün iş olmayacaq
01 May 2024 13:59