adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Sentyabr 2014 22:23
7366
DÜNYA

Səddam Hüseynin qızı İŞİD-i maliyyələşdirir

Almaniyanın Der Spiegel jurnalı İraqın edamedilmiş eks lideri Səddam Hüseynin qızı Ragad Hüseynin İŞİD-ə külli miqdardavəsait ayırdığını iddia edir. Adalet.az-ın məlumatına görə jurnal İraq diplomatlarına istinadən bildirir ki,İordaniyada lüks həyat şəraitində yaşayan Səddamın qızı milyonlarla ölçülən sərvətininbir qismini İŞİD-ə bağışlayıb. 


Xanımın bu addımı isə hazırki rejimdən atasınınqisasının alınması üçün edildiyi və iqtidara gəlmək arzusunda olduğu ilə əlaqələndirilir. 


Qeyd edək ki, bundan əvvəl xanım Hüseyn Londonda ərəbcə yayımlanan Əl Qüds əl-arabi qəzetinə müsahibəsində İŞİD qələbələrindən məmnun olduğunu dilə gətirmişdi. Xüsusilə də atasının doğulduğu Tiqlit şəhərinin qruplaşma tərəfindən ələ keçirilməsindən şad olduğunu bildirmişdi. 


Ragad Hüseyn ABŞ-ın "qara siyahısı"nda olan şəxslərdəndir.