Seçki namizədləri üçün pulsuz efir vaxtının ləğvi gündəmə gəldi
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Seçki Məcəlləsinə dəyişikliklər müzakirə edilib.
İclasda qeydə alınmmış namizədlərin istifadə etdikləri pulsuz efir vaxtının, onlara dövrü nəşrlərdə pulsuz yer ayrılmasının ləğvinə dair fikirlər səsləndirilib.
Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid məsələyə aydınlıq gətirib.
Şöbə müdiri bildirib ki, bununla bağlı Seçki Məcəlləsində nəzərdə tutulmuş pulsuz efir vaxtı, dövrü nəşrlərə pulsuz yerlər olduğu kimi qüvvədə saxlanılır.
"Qeydə alınmmış namizədlərin istifadə etdikləri pulsuz efir vaxtının, dövrü nəşrlərdə pulsuz yerin dəyəri dövlət tərəfindən ödəniləcək. Bu Prezident ,bələdiyyə, Milli Məclisə seçkilərin keçirilməsi və referendum üçün təşkilat qurumlarına aid məsələdir”.(modern.az)
Digər Xəbərlər
03 May 2024 23:14
Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57STM ilə “Divan Araştırma ve Eğitim Derneği” arasında memorandum imzalandı
03 May 2024 17:31İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
03 May 2024 15:51Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək
03 May 2024 14:52