adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Noyabr 2017 17:30
14460
SİYASƏT

Seçki ili yaxınlaşsa da seçki ovqatı hiss olunmur

Yeniil artıq qapının ağzını kəsdirib. Təxminən bir aydan sonra ölkə 2018-ci ilə, yəninövbəti prezident seçkiləri ilinə qədəm qoyacaq. Ancaq bəzi istisnaları nəzərə almasaq,hələ ki, cəmiyyətdə seçki havası hiss olunmur. Halbuki, hər bir seçki, xüsusiləbirinci şəxsin seçkisi istənilən ölkənin siyasi həyatında çox mühüm hadisədir vəadətən, siyasi düşərgə ən geci bir il əvvəldənöz fəaliyyətini büsbütün bu sahəyə yönəltməli, cəmiyyəti seçki ovqatına kökləməlidir.Bunun nə qədər çox səbəbini sadalasaq axırda yenə bir məqamın üstündə dayanmalıolacağıq: real nəticə əldə etməyin perspektivinə inamsızlıq.

Bütün deyilənlərə rəğmən hər halda prosestam ölü nöqtədə də deyil, ara-sıra ümumi susqunluğun pozulması halları müşahidəedilməkdədir. Nə qədər qəribə də olsa, ilk təşəbbüs elə iqtidar düşərgəsindən gəldi.Bir müddət əvvəl həmin düşərgənin ayrı-ayrı təmsilçiləri iqtidarın mümkün namizədibarədə fərqli fikirlər səsləndirməyə başladı, bəziləri hazırkı prezidentin, bəziləriisə birinci vitse prezidentin adlarını hallandırdılar. Amma proses eləstartdaca dayan(dırıl)dı.

İndi mövzu yalnız mühacirətdə olan iddiaçıların hesabına gündəməgəlir. Həmin iddiaçıların namizədlik istəkləri yolunda mövcud olan bəzi hüquqivə siyasi çətinliklərdən söz açmamış bir məqamı vurğulamaq yerinə düşər.Görünür, bizim mühacirətdəki siyasətçilərin də daxildəkilər kimi birləşib birgəfəaliyyət göstərməyə allergiyaları var. Əks halda, onların birləşməsinə nəyinmane olduğunu anlamaq çətindir. Aralarındakı fərqli ideologi və siyasi baxışlar? Qətiyyən! Həminiddiaçıların hər hansı ideoloji və siyasi cərəyana mənsubluğu barədə ən azındanAzərbaycan cəmiyyətində heç bir bilgi yoxdur. Əvəzində hər ikisini birləşdirənümumi məqamlar var. Məsələn, ortaq mühacir taleyi. Bəlkə, aralarındakı böyük okean görüşüb razlığa gəlməyə imkan vermir?Bu da az inandırıcıdır. Lap elə müasir informasiya texnalogiyalarını bir yanaqoyaq, axı, indiki halda onların hər biri üçün həmin nəhəng okeanı keçmək Azərbaycansərhədlərini keçməkdən xeyli asandır.

Ölkə daxilindəki müxalifətdən isə hələ ki,səs-səmir yoxdur. Bir neçə ay əvvəl RaziNurullayevi keçirdiyi "Müxlifətin prezident seçkilərində iştirakı vəperspektivləri” mövzusundakı "Dəyirmi Masa”dan başqa elə bir mühüm gəlişmə hissolunmur. Həmin tədbir də prosesin gedişinə heç bir əlavə çalar qata bilmədi.Amma tam səssizliyin özünü də tam fəaliyyətsizlik kimi qiymətləndirmək olmaz. Baştutmayan sövdələşmələr ətrafında əlavə ajiotajlar yaratmamaq və digər potensialmüttəfiqləri qıcıqlandırmamaq üçün bu cür həssas mövzular ətrafında ilkin fikirmübadiləsi və diskussiyalar, adətən, qapalı görüşlərin mövzusu olur. Çox gümanki, artıq müəyyən iddiaçılar arasında bu cür qapalı görüşlər başlayıb. Son günlər"Ədalət” partiyasının sədri İlyasİsmayılovun belə bir görüş keçirməsi haqqında məlumat olsa da onun konkretkiminlə görüşdüyünü hələlik müəyyənləşdirə bilməmişik. Əlimizdə dəqiqinformasiya olmadığı üçün həmin görüşün digər subyekti barədə yalnız ehtimallarsöyləmək olar. Təbii ki, söhbət virtual yox, canlı görüşdən getdiyi üçünmühacirətdəki iddiaçılar mövzusu tam istisnadır. Daxildə isə onun Müsavat vəAXCP kimi ənənəvi radikal müxalifətlə hər hansı sövdələşməyə getməsi inandırıcıdeyil. İlyas İsmayılovun öz potensialının, siyasi nüfuz və imkanlarının fərqindəolan bir siyasətçi olduğunu nəzərə alsaq, onun hər hansı kiçik partiyalardanbirinin başçısı ilə ciddi müzakirə masasına əyləşəcəyi də mümkünsüz görünür. Fikirləşdikki, əgər belə bir görüş olubsa, şübhəsiz,o öz dəsti-xəttinə uyğun liderlərdən biriylə görüşüb. İlk ağlımıza gələn,nə vaxtdır ki, siyasi səhnədə görünməyən Lalə Şövkət Hacıyeva oldu. Bunun sadəcə jurnalist marağından başqa bir şey olmadığınıdeyənƏvəz Temirxanın məlumatı qəti şəkildə təkzib etməsi həminversiyanın da üstündən xətt çəkdi. Ancaq İ.İsmayılovun müavini Mütəllim Rəhimlidən isə konkret təkzib eşitmədik, o,sadəcə, partiya sədrinin bu mövzuda kiminləsə müzakirələr apardığından xəbərsizolduğunu bildirdi. Sədrin özüylə əlaqəyaratmaq cəhdlərimizsə hələlik baş tutmayıb.

Seçkilərin gələn ilin axırlarında keçiriləcəyininəzərə alsaq, mövzu ətrafında dartışmaların hələ bundan sonra vüsət alacağını gözləməkolar. Görünür, iddialı və şanslı namizədlərin susqunluğu seçkilərdə hansıformatda iştiraklarını dəqiqləşməkdə çətinlik çəkmələri ilə bağlıdır. Yox, əgərsona kimi belə davam eləsə, onda seçkilərinalternativliyi büsbütün növbətçi namizədlərin ümidinə qalacaq.


Sübhan Mahmudlu