adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Noyabr 2022 13:30
1128
MƏMLƏKƏT

Səbuhi Sadıqovun şəhadətindən iki il ötür:Anım mərasimindən FOTOLAR

5 noyabr şəhid Səbuhi Sadıqovun şəhadətə qovuşmasından iki il ötür.

Adalet.az
xəbər verir ki, torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən Səbuhi Sadıqovun Nərimanov Rayon İcra Hakimiyyətində anım mərasimi keçirilib. Mərasimdə İcra hakimiyyətinin kollektivi, milli məclisin bir qrup üzvü, eyni zamanda Füzuli rayon ictimaiyyəti iştirak edib. Vaxtı ilə şəhidimizin təhsil aldığı 73 saylı tam orta məktəbin kollektivi də tədbirdə iştirak edib və şagirdlərin ifasında şəhidimizə həsr olunmuş ədəbi-bədii kompazisiya göstərib, vətənpərvərlik aşılayan şeirlər söyləyib.

Səbuhi Sadıqov 9 may 1996-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. Əslən Füzuli rayonundan olan Sadıqov Səbuhi Bakı şəhəri Nərimanov rayonu 73 saylı tam orta məktəbdə təhsil alıb. Uşaqlıq dövründə idmana böyük həvəsi olan Səbuhi Sadıqov karate, kikboks ilə məşğul olub, 8–9-cu sinifə kimi yüngül klublararası turnirlərdə iştirak edib. Daha sonra sərbəst güləşlə məşğul olmağa başlayan Səbuhi Azərbaycan Güləş Federasiyasının milli yığmasının üzvü seçilib. O, respublika daxilində və beynəlxalq yarışlarda dəfələrlə müxtəlif dərəcələrlə təltif olunub, çempion adını qazanıb. MMA (Qaydasız döyüş) döyüş növü üzrə professional olaraq məşğul olmuşdur. Ultimax döyüş növləri federasiyasının üzvü idi.

O, bir çox yarışlarda Azərbaycan Respublikasını təmsil edərək qazandığı naliyyətləri ilə bayrağımızı yüksəltmişdir

2014-cü ildə Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrdə 1il 6 ay xidmət edib. 2015–2017-ci illərdə Ultimax Döyüş Növləri Federasiyasının təşkil etdiyi Bakı çempionatında və 2017-ci ildə Respublika çempionatında qalib olub. Gürcüstan Respublikasında Dünya Çempionatında professional kəmər uğrunda mübarizə aparmış və qara kəmər qazanıb. Bununla yanaşı şəxsi "Comando Fight Klub" unu yaradaraq çoxlu sayda özü kimi tələbələr yetişdirib.


Gürcüstan Respublikasında Ultimax döyüş növləri üzrə keçirilən 3-cü Dünya Çempionatında 1 tələbəsi dünya çempionu olmuş, digər 3 tələbəsi isə fərqli dərəcələrlə III yeri qazanıb.


2014-cü ildə Azərbaycan Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində 1il 6ay, 28 sentyabr 2020-ci ildə Vətən müharibəsində könüllü olaraq Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrində kəşfiyyatçı kimi 37 gün xidmət edib.

28 sentyabr 2020-ci ildə Vətən müharibəsində könüllü olaraq yollanan, ailəsi ilə "Vətən dardadır" deyərək sağollaşan Səbuhi Sadıov "dua et ana mən arzuma çatım" sözlərini söyləmişdi.


Füzuli, Xocavənd, Hadrut, Cəbrayıl, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdə iştirak etmiş və Laçında qəhrəmancasına şəhid oldu. Noyabrın 5 – də Füzuli rayonunun Əhmədbəyli kənd qəbirstanliginda dəfn olundu. Səbuhi Sadıqov ölümündən sonra "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Məlumata görə şəhid Səbuhi Sadıqov nişanlı olub.


Əntiqə Rəşid