adalet.az header logo
  • Bakı -°C
07 Oktyabr 2026 11:22
76
ŞOU-BİZNES
A- A+

Şəbnəm Tovuzlu: “Zəhmətkeş olmağım hər kəsə bəllidir”

Həmişə şəxsi həyatı ilə gündəm olan müğənni Şəbnəm  Tovuzlu bu dəfə də diqqət çəkib.

Adalet.az bildirir ki, müğənni arıqlamağında heç bir tibbi müdaxilənin olmamasını söyləyib:

“Həmişə deyirəm ki, heç kəsin qazancını saymayın. Dünyada ən çirkin əməl budur. Axı insanlar onu zəhmətlə qazanırlar. Bəzən o pulu qazanmaq üçün sağlamlığımızı da qurban veririk. Bunu heç kəs görmür, ancaq pullar müzakirə olunur. İnsan gözütox olmalıdır. Bu sözləri ən birinci özümə aid edirəm. Axı insan birinci özün tərbiyələndirməlidir. 

Mənim zəhmətkeş olmağım hər kəsə bəllidir. Son vaxtlar mənə çox sual verirlər ki, niyə arıqlamısan? Əməliyyat etdirmisən? Deyirəm ki, öz iradəmlə arıqlamışam. Kənardan işimiz asan görünə bilər, ancaq heç nə göründüyü kimi deyil. Həyatın  çətin tərəfləri daha çoxdur”.

Əntiqə