Saxta yolla karantin rejimini pozanlar barəsində ölçü götürüləcək - Operativ Qərargah
Azərbaycan Respublikasında tətbiq olunmuş xüsusi karantin rejimi əhalinin sağlamlığının qorunması və ölkənin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, tədbiq olunmuş qaydaların, o cümlədən hərəkət məhdudiyyətinin vətəndaşlar tərəfindən icra olunması təqdirəlayiq hal kimi qiymətləndirilir.
Buna baxmayaraq, xüsusi karantin rejimi qaydalarının pozulmasına cəhdlər də müşahidə olunur.
Fəaliyyətinə icazə verilən bəzi hüquqi və fiziki şəxslər kənar vətəndaşların adlarını icaze.gov.az portalına daxil etməklə, həmçinin bir sıra kütləvi informasiya vasitələri əməkdaşları olmayan ayrı-ayrı şəxslərə saxta vəsiqələr verməklə onların maneəsiz hərəkətinə şərait yaradır və xüsusi karantin rejiminin tələblərini kobud şəkildə pozurlar.
Operativ Qərargah xəbərdarlıq edir ki, xüsusi karantin rejiminin tətbiqinə nəzarət edən aidiyyəti qurumlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişi” elektron sisteminə müraciət etməklə istənilən şəxsin əmək fəaliyyəti barədə müvafiq məlumat əldə etmək imkanına malikdirlər.
Vətəndaşın elektron sistemdə əmək müqaviləsinin olmadığı təqdirdə, yanlış məlumatı icaze.gov.az portalına daxil edən və ya saxta sənədi verən qurum və ondan istifadə edərək xüsusi karantin rejimini pozan şəxslər barədə qanunvericiliyə uyğun olaraq ölçü götürüləcəkdir.
Digər Xəbərlər
02 May 2024 09:03
Şimal-qərb küləyi sabah axşamadək fasilələrlə davam edəcək - FAKTİKİ HAVA
01 May 2024 09:46Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15